Son xəbərlər

Tvinninq layihəsinin nəticə və gələcək məqsədlərinin təqdimatı

2017/11/21 / 44

Aİ Səfiri c-b Kestutis Yankauskas İtaliyanın ölkədəki Səfiri cənab Avqusto Massari ilə birgə Azərbaycanın Mədəniyyət və Turizm Naziri cənab Əbülfəz Qarayevlə Azərbaycan Milli İncəsənət Muzeyində keçirilmiş Azərbaycanda mədəniyyət sektorunun islahat prosesini dəstəkləyən Tvinninq layihəsinin nəticə və gələcək məqsədlərinin təqdimatında iştirak etmişlər. Aİ-nın maliyyələşdirdiyi layihə 1.2 milyon AVRO məbləğində büdcə ilə İtaliyanın Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlıqda həyata keçirilir. Bu iddialı layihənin əsas məqsədlərindən biri mədəniyyət sektorunda yeni siyasət və idarəçilik sisteminin hazırlanmasında Hökumətə yardım etməkdir. Bundan başqa, milli mədəni irsin idarə olunma modelinin hazırlanması layihənin hasilatlarından biri olacaqdır.

Mənbə: Linkdə

Müəllif: Pünhan Sultanov