Avropa Azərbaycanda

Toplantı "Etnodizayn"

2017/11/22 / 80

Polşanın ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə növbəti mədəniyyət tədbiri keçiriləcək.

Səfirlikdən verilən məlumata görə,növbəti tədbirdə Polyak və Azərbaycan sənətində ənənəvi motivlər haqqında təqdimat baş tutacaq. "Etnodizayn" mövzusunda olacaq tədbir noyabrın 30-da, saat 19.00-da "YARAT" İncəsənət Mərkəzində təşkil ediləcək. Tədbirə həmçinin, Polşanın Mədəniyyət və Milli İrs Nazirliyi dəstək verməkdədir.

Səfirlikdən verilən məlumata görə, polyak və Azərbaycan dilində keçiriləcək tədbirdə Polşa və Azərbaycan dizaynerlərinin iştirakı ilə sənət əsərlərinin multimedia təqdimatları gözlənilir, eləcə də bu müstəvidə müzakirələr aparılacaq.