Avropada yaxşı təhsil almaq çox vacibdir, lakin təhsillə paralel olaraq işləmək də az əhəmiyyət kəsb etmir.

Xarici tələbələrə təhsil zamanı işləmək imkanını təklif edən 6 Avropa ölkəsini təqdim edirik:

İngiltərə



Britaniyada təhsil sistemində yeni islahatlar qəbul edilib. Onların sayəsində tələbələrin təhsil alarkən işləmələri asanlaşdı. Bəzi universitetlərdə hətta ödənişli təcrübə keçmək imkanı da var. Orta əmək haqqına gəlincə, tələbələr saatda 6-8 funt qazanırlar. Tədris zamanı həftədə 20 saat, tətildə isə 40 saat işləyə bilərsiniz.

İrlandiya



İrlandiyada yalnız tələbələr deyil, həm də dil kurslarının dinləyiciləri işləmək hüququna malikdirlər. Minimum əmək haqqı - saatda 6 avrodur. Britaniyada olduğu kimi, tədris müddətində həftədə 20 saat, tətildə isə 40 saat işləyə bilərsiniz.

Avstriya



Avstriyada tələbələr bakalavr dərəcəsi üzrə həftədə 10 saat, magistraturada isə 20 saat işləyə bilərlər. Belə ki, həftədə 300-400 avro qazanmaq olacaq. Həmçinin tələbələr özlərini fərdi sahibkar kimi rəsmiləşdirib daha çox saat işləyə bilərlər. Yalnız işin təhsilə mane olmadığını sübut etmək lazımdır.

Almaniya



Almaniyada, əlavə iş icazəsi olmadan AB vətəndaşı olmayan tələbələr ildə 90 tam gün və ya 180 yarım gün işləyə bilərlər. Daha çox işləmək istəyirsinizsə, “Arbeitserlaubnis” tələb etməlisiniz. İcazə yalnız tələbənin təhsilinə mane olmayacağını sübut edəcəyi təqdirdə veriləcək.

Polşa



Digər Avropa ölkələrindən fərqli olaraq, Polşada təhsil müddətində 20 saat, tətildə isə tam iş günü işləyə bilərsiniz. Orada iş tapmaq çətin deyil. Elanlar lövhələrində tələbələr üçün bir çox vakansiya var.

Çexiya



Çex Respublikasında tələbələr məhdudsuz saat işləyə bilərlər. Əsas odur ki, təhsilə laqeyd yanaşmayın. İş axtarmaq üçün Çex dilində CV yazmaq lazımdır.