Avropa Azərbaycanda

Tanınmış Britaniya rəqs qruppasının Bakıda konserti keçirilir.

2018/03/12 / 187

"Deaf man dancing" Karların rəqsi

Britanıyanın Azərbaycandakı konsulluğu məhdud eşitmə qabiliyyətinə malik, professional kişi rəqqaslarından ibarət tanınmış və unikal Britaniya rəqs ansamblının Bakıda konsertini təşkil edir.

Britaniya konsulluğunun Azərbaycandakı nümayəndəliyi Britaniyanın Azərbaycandakı səfirliyi, “Yarat” müasir incəsənət mərkəzi və “Nizami” kinoteatrı ilə birgə “Deaf Men Dancing” truppasının Bakıda baş tutacaq Ten” (On) adlı rəqs performasını elan etməkdən qürur durur.

Bu tamaşa “Unlimited” proqramının bir hissəsidir. Burada əsas məqsəd məhdud qabiliyyətli insanların yaradıcılığ potensialını realizə etmək üçün münasib şəraitin və imkanların yaradılmasıdır. Rejissor və xoreoqraf Mark Smit rəssam Ryan Dawson Leithbəstəkar Sean Chandler ilə birgə Laurel və Hardi, Flanagan& Allen, Morecambe & Wise, Abbott & Costello və Gilbert &George kimi rəqs duetlərindən ilhamlanaraq yaradılan yeni performansları- “On”-u yerli tamaşaçılara təqdim etməyə məmnundurlar. Truppa, bədən dili vasitəsilə müxtəlif rəqs stillərini özündə birləşdirərək maraqlı və orijinal tamaşaların ərsəyə gəlməsinə müvəffəq olublar. “Karların rəqsi” truppasının peşəkar rəqqasları, truppanın xoreoqrafı və bədii rəhbəri olan Mark Smit kimi kardırlar.


“On”şousunu martın 12-si, saat 19:00-da “Yarat” müasir incəsənət mərkəzində və martın 13-ü,saat 19:00-da isə “Nizami” kinoteatrında seyr edə bilərsiz.