Hər şey 2006-cı ildə başlayır. "Malatheatre" şirkətinin təsisçisi Ludovica Rambelli Neapol Universitetində məşhur rəssam Karavacconun iş üslubu haqqında növbəti mühazirəsini oxuyarkən anlayır ki, məhz teatr performansı izahın ən gözəl yoludur.
 Və beləliklə möcüzə başlayır...



Ludovica aktyorları rəsm əsəri kimi istifadə etməyə başlayır. Dora De Maio ilə birlikdə Karavacconun 23 rəsm əsərindən ibarət “canlı sərgi” hazırlanır və qısa müddət sonra bütün İtaliyanı fəth etməyə başlayır.

2017-ci il Aprel ayında təsisçi Ludovica dünyasını dəyişir lakin teatr öz fəaliyyətini dayandırmır. Onlar “LudovicaRambelliTeatro” adı ilə artıq İtaliyanın sərhədlərini qıraraq dünya səhnələrinə çıxmağa başlayır. 

Buyurun, səhnəarxası və səhnə performansından ibarət videoçarxı siz də izləyin: 







Mənbə: verne.elpais.com
https://www.ludovicarambelliteatro.it