3 noyabr Azərbaycan Milli Xalça Muzeyində, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi tərəfindən keçirilən "FANTAZİA" mədəni irs festivalı çərçivəsində, "Sovetski: yaxın görüş" - qrup fotosərgisinin (Fransa, Niderland) açılışı keçirildi.



Mütərəqqi şəhər transformasiyasına baxmayaraq, Sovetski məhəlləsi hələ də Bakıya gələn bir çox səyahətçiləri valeh edir. Avropadan üç fotoqraf Matye Haaq, Nikolas Landemard və Rob Rombut öz kameraları vasitəsilə bu məhəlləni yaxından təqdim etdilər.



Məşhur Bakı hamamının mühafizə olunan binasının şərəfinə adlandırılan "FANTAZİA" festivalının məqsədi mədəni irsin nümayişi və qorunması zəruriliyi barədə məlumatlılığın artırılmasıdır. Bu il festival "Şərq Tərəfdaşlığı"nın 10 illik yubileyi ilə üst-üstə düşür.