Avropada Təhsil

Siyasi Liderlər Təqaüd Proqramı

2018/01/10 / 57

Təqaüd Proqramı Transmilli İdarəetmə Məktəbinin (TİM) Siyasi Liderlər Təqaüd Proqramı dünyanın istənilən ölkəsindən olan siyasətçilərə seminarlarda, təlim və bacarıqların inkişafı sessiyalarında, konfranslarda və digər tədbirlərdə iştirak edərək, başqa təqaüdçülər, siyasətçilər və TİM-in akademik icması ilə əlaqə yaradaraq öz siyasi işlərini və peşəkar bacarıqlarını daha da inkişaf etdirmək üçün unikal bir imkan təqdim edir. Proqram 3, 6 və ya 9 ay davam edir və ayda 2500 EUR təqaüd verilir.

Proqram müddətində təqaüdçülər Florensiyada yaşamalıdır. Lazım olduğu təqdirdə ailə yardımı da ayrılır. Proqram ingilis dilindədir. Siyasi Liderlər Təqaüd Proqramı çox rəqabətlidir. 2017/2018-ci tədris ilində 2000-dən çox namizəddən yalnız 18 nəfəri təqaüd qazanmışdır.

Namizədlər:

• Karyerasının başlanğıc və ya ortasında olan mütəxəssislər (məsələn, siyasi sahədə, dövlət xidmətində, media və qeyri-hökumət təşkilatlarında) olmalıdır;

• Siyasi sahədə peşəkar təcrübəsini və potensialını nümayiş etdirməyi bacarmalıdır,

• Siyasi məsələlər, xüsusilə transmilli idarəetməyə dair işlər ilə məşğul olan şəxslər olmalıdır,

• Motivasiyası yüksək olmalıdır

• Proqramın sonunda nə əldə edəcəyini və bu fəaliyyətin “multiplayer” təsirini əks etdirən aydın iş planı təqdim etməlidir, 

• Hər şeylə maraqlanan və töhfə verməyə can atan olmalıdır (Təqaüdçülərdən TİM icmasının bir parçası olmaqları, hətta öz sahələrindən kənar mövzularda belə müzakirələrə qoşulmaqları gözlənilir),

• Yazılı və şifahi ingilis dili bacararıqları mükəmməl olmalıdır.

Təqaüd proqramı millətindən asılı olmayaraq, hər kəsə açıqdır. Aİ vətəndaşlığı tələb olunmur. Proqrama müraciət üçün yaş limiti yoxdur.


Ətraflı: https://www.eui.eu/ServicesAndAdmin/AcademicService/Fellowships/Policy-Leaders-Fellowships


Müəllif: Ülkər Zaidzadə