Avropa Azərbaycanda

Sığınacaq axtaranların himayəsi ilə bağlı hakimlər üçün təlim

2018/02/26 / 145

MOBILAZE layihəsi  


Avropa İttıfaqı (Aİ) və Azərbaycan Republikası arasında imzalanmış Mobillik naminə Tərəfdaşlıq çərçivəsində həyata keçirilən Aİ tərəfindən maliyyələşdirilən “Azərbaycanla Mobillik naminə Tərəfdaşlığın həyata keçirilməsinə dəstək (MOBILAZE)” layihəsinin məqsədi nizamlı miqrasiya idarəçiliyini gücləndirmək məqsədilə Mobillik naminə Tərəfdaşlığı imzalayan iştirakçı ölkələr arasında birbaşa mübadilə üçün möhkəm zəmin və real imkanlar yaratmaqdır.

MOBILAZE layihəsinin ümumi məqsədi miqrasiya sahəsində dövlət siyasətinin hazırlanması və həyata keçirilməsi üçün Azərbaycan Hökumətinin potensialının artırılmasına xüsusi diqqət yetirməklə Mobillik naminə Tərəfdaşlığın icrasını dəstəkləməkdir. Layihənin xüsusi məqsədləri Azərbaycan Hökumətinin miqrasiya sahəsindəki monitorinq, təhlil və proqnozlaşdırma potensialının artırılması, əmək miqrasiyası, sənədlərin təhlükəsizliyi, milli sığınacaq siyasəti sahəsində və geri qayıdan Azərbaycan vətəndaşlarının davamlı reinteqrasiyasını həyata keçirilməsində idarəçiliyi və potensialı gücləndirmək, o cümlədən Aİ və Azərbaycan arasında mobilliyə dair ictimai məlumatlılığı artırmaqdır.

İCMPD (Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz) BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı ilə əməkdaşlıq çərçivəsində 27-28 Fevral 2018-ci il tarixlərdə Bakı şəhərində hakimlər üçün Sığınacaq axtaranların himayəsi ilə bağlı təlim təşkil edəcəkdir. Təlim Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və İCMPD tərəfindən icra edilən MOBİLAZE layihəsinin 4-cü – Sığınacaq verilməsi qərarlarının qəbulu prosesinin təkmilləşdirilməsi Komponenti çərçivəsində həyata keçirilir. Sığınacaq axtaranların himayəsi ilə bağlı təlimdə 1 və 2 saylı Bakı İnzibati-İqtisad Məhkəmələri, Bakı Apelyasiya Məhkəməsi və Azərbaycan Respublikasının Ali Məhkəməsinin hakimləri iştirak edəcəklər. Təlimin məqsədi hakimlərin və bu sahədə fəaliyyət göstərən mütəxəssislərin Beynəlxalq Qaçqın Hüququ çərçivəsində geri-qaytarmamaq prinsipi, məhkəmə prosesi zamanı sığınacaq axtaranlar üçün prosedur təminatları, daxil edilmə hallarının yoxlanılması, sübutların və dəlillərin qiymətləndirilməsi mövzuları üzrə bilik və bacarıqlarının daha da inkişaf etdirilməsindən ibarətdir. Təlim saat 09:30-da Hyatt Regency oteli, Bakı zalında təşkil ediləcəkdir.

Kütləvi informasiya vasitələrinin nümayəndələri tədbirin ilk kofe fasiləsinə qədər tədbirdə iştiraka (Azərbaycan/ingilis dillərində tərcümə təmin olunacaqdır) dəvət olunur. İlkin proqram və layihə barədə qısa məlumat əlavə olunur.