COVID-19 virusu barədə xəbərlərin bütün dünyanı sarsıtdığı bir dönəmdə, biz də öz növbəmizdə məsələyə daha köklü şəkildə yanaşmağa qərar verdik. Hər şey sağlam həyat tərzindən başlayır, dostlar. Sağlam bədən, sağlam immunitet və viruslardan düzgün qorunma üsulları ilə heç bir yoluxucu xəstəlikdən qorxmağa ehtiyac qalmır.
Bu gün məqaləmizdə müxtəlif Avropa ölkələrində sağlam həyat tərzinə yanaşma üsulları barədə yazırıq.
 
  Almaniyadan başlayaq. Almanlar üçün sağlam həyat tərzi çox önəmlidir və məsələyə genetik səviyyədə yanaşılır. Almanlar öz sağlamlıqlarını və yaxınlarının sağlamlığını dəyərləndirir və qoruyur və hökumət, səhiyyə sistemi vasitəsi ilə bu işi asanlaşdırmaq üçün əlindən gələni edir.
 
  Məktəb illərindən başlayaraq almanlara düzgün yemək və sağlamlıqlarını möhkəmləndirmək üsulları və bunun vacibliyi öyrədilir. Müasir idman meydançaları və velosiped yolları, tərkibi və kalorili məzmunu tam şəkildə göstərilən ərzaq məhsulları, xəstəliklərin qarşısının alınması üçün əlverişli mərkəzlər - Almaniya sakinləri üçün sağlam həyat tərzidir. Dövlətdə müalicə xərclərinin ən çox büdcə xərclərini tutduğunu nəzərə alsaq, profilaktik tədbirlər daha az xərclidir.



  Siqaret çəkənlərin sayının çox olmasına baxmayaraq, Almaniyada velosiped sürmək və gündəlik qaçış geniş yayılıb. Hətta siqaret çəkənlər də sağlamlıqlarını qorumaq üçün velosiped sürməyi avtomobil ilə əvəz edirlər. Velosipedlərin geniş yayılması atmosferin təmizlənməsinə də kömək edir, buna da almanlar xüsusi diqqət ayırırlar.
 
  Günəşli İspaniya sakinləri isə sağlam həyat tərzi anlayışa daha fərqli yanaşırlar. Bu yaxınlarda İspaniyada "paleotraining" adlanan yeni bir yanaşma tərzi yaranıb. Yeni həyat tərzinin mahiyyəti iki hissədən ibarətdir. Birincisi, qədim insanların gündəlik həyatında üstünlük təşkil edən bədən hərəkətlərini mənimsəmək ehtiyacıdır. İkinci hissə qidalanma ilə bağlıdır. İdeya müəllifləri qədim inzanların pəhrizini yenidən yaratmağa və müasir insanlara təqdim etməyə çalışırlar.



  İspaniyada sağlamlığı inkişaf etdirən və "paleotraining" dən əlavə digər maraqlı ənənələr də mövcuddur. Bunlardan biri də Siestadır. Siesta dedikdə nahar yeməyindən sonr yatmaq və ya günorta yuxusu nəzərdə tutulur. Belə istirahətin ürək-damar sisteminin işini yaxşılaşdırmağa kömək etdiyinə, yaddaşa müsbət təsir etdiyinə və bədəni yaxşı duyğularla yüklədiyinə inanılır.
 
  İlk baxışdan təəccüblü gəlsə də italyanlar sağlam həyat tərzinə meylli olan avropa millətlərinin ön sıralarındadırlar. Buna səbəb isə onların fast-fooddan uzaq olmaları, təbii qidalardan və yağlardan istifadə etmələridir. Ayaqüstü yemək və içmək adətlərini qəti qəbul etməyən italyanlar, məhz bu vərdişlərinə görə sağlam ölkələrdən hesab edilir.