Həftəlik tədbirlər gündəliyi

"RUMIN BAHARI" uşaq dərnəyi (Frankofoniya 2018) Rumıniya

2018/04/06 / 45

Rumıniyanın Azərbaycandakı Səfirliyi, 7 aprel şənbə günü tarixində saat 10.00 - 13.00 - da, 6 - 14 yaş arası uşaqlara bahar mövzusunda dərnək təklif edir. Tədbir Azərbaycan Fransız İnstitutunda keçiriləcək.

Dərnək, Rumıniyanı fransız və ingilis dilində təqdim edəcək audio-video çarx ilə başlayıb müsabiqə ilə davam edəcək ! Dərnəyin iştirakçılarına hədiyyələr təqdim ediləcək.

Dərnəyin vacib hissəsi uşaqlara Martişorun (baharın simvolu) hazırlanması və Rumıniyanın Pasxa bayramında yumurta rəngləməsinin texnikası dərslərindən ibarət olacaq. 

Dərnək 6-14 yaş arası uşaqlara ünvanlanır.
Dərnək ingilis və fransız dillərində aparılacaq. Fransız İnstitutunun heyəti, lazım olduğu təqdirdə, azərbaycan dilinə tərcümə həyata keçirəcək.
İştirak üçün Azərbaycan Fransız İnstitutu ilə əlaqə saxlamaq gərəkdir:
+994 12 596 35 80
ifa.bakou@yahoo.com
Yerlərin sayı məhduddur.