Erasmus və ya Rotterdamlı Erasmus kimi tanınan Desiderius Erasmus Roterodamus, holland filosof və geniş kütlə tərəfindən Şimal İntibahının ən böyük alimi hesab edilən xristian humanist olub. 

Keşişin nikahdankənar oğlu olan Erasmusun 1466-cı ildə Rotterdamda anadan olduğu ehtimal edilir. 1492-ci ildə ona dini rütbə verilib və o, Parisdə təhsil alıb. 1499-cu ildən etibarən bir şəhərdən digərinə köçərək, təlim keçərək, mühazirələr oxuyaraq və bütün Avropadakı mütəfəkkirlərlə yazışaraq müstəqil alimlik yolunu seçib.  


Təxminən 1500-cü ildə o, həm dini, həm də dünyəvi mövzularda yazılar yazmağa başladı. Əsərlərində onun zəngin bilikləri və əqli baxımdan keyfiyyətləri, eləcə də insanpərvərliyi və ağlı əks olunurdu. O, kilsədəki korrupsiya və xurafatı tənqid etdiyi erkən dövrdə yazdığı əsərlərinin əksəriyyətini və "Dəliyə tərif" (“The Praise of Folie”) adlı məşhur satirik əsərini ingiltərəli dostu Tomas Mora həsr edib və daha sadə xristianlığa qayıtmağa çağırış edib. O, bir çox klassik əsərlərini və erkən dövrdə yazılan xristianlığa dair işlərini tərcümə və redaktə edib. Eyni zamanda, yeni çıxış əldə etdiyi mənbələrə əsaslanan və son dərəcə təsirli olan "Əhdi-Cədid" kitabının yunan dilində olan mətninin tənqidi nəşrini dərc edib. Bu əsər humanist yazarın xristian ənənələrinin köklərinə qayıtmaq arzusunu təcəssüm etdirirdi.


İngiltərəyə etdiyi dörd səfəri zamanı Erasmus Con Kolet və Tomas Mor kimi aparıcı ziyalılarla dostluq edib və Kembric Universitetində dərs deyib. O, həmçinin Fransa, Almaniya, İtaliya və İsveçrəyə də səfər edib və həmin ölkələrdə yaşayıb.

Erasmus 1536-c ildə Brabanta qayıtmağa hazırlaşarkən qəflətən Bazeldə vəfat edib və daha əvvəl şəhərin kafedralı olan Bazel Monastırında dəfn edilib. 1622-ci ildə Erasmusun doğulduğu şəhərdəki daş heykəli bürünc heykəl ilə əvəzlənib.



Erasmus tələbə mübadiləsi proqramı universitet tələbələrinin bütün Avropa İttifaqı ölkələrində və tərəfdaş ölkələrdə öz təhsil müəssisəsinin tərəfdaş olduğu qurumlarından birində təhsil ala biləcəyi ən məşhur Aİ proqramlarından biridir.

Mənbə: http://www.bbc.co.uk/history/historic_figures/erasmus.shtml