Həftəlik tədbirlər gündəliyi

Rossinin "Sevilya bərbəri" operası

2018/04/20 / 151

İtaliyanın Azərbaycandakı səfirliyi C. Rossinin ölümünün 150-ci il dönümündə 6 may 2018-ci il tarixi saat 19:00-da  “Sevilya Bərbəri” tamaşasını təqdim edəcək. Tamaşa Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında səhnələşəcək.

Gənc və istedadlı drijor Alessandro Calcagnile və bariton Daniele Caputo bütün zamanların ən sevilən Opera-buffası olan “The Barber”in bütün canlılığını bizə təqdim edəcək. Figaro İtaliyanın ən mühüm baritomlarından biri və davamlı olaraq bütün dünyada Rossiniyə həsr edilmiş mühüm tədbirlərə cəlb olunmuş Caputo tərəfindən ifa olunacaq.

“Italiya Opera Günləri” Azərbaycan ilə italiya arasında mədəni əlaqələri möhkəmləndirən, eyni zamanda Bakı sakinlərinin Azərbaycan ifaçılarının italiyalı dirijor və solisləri ilə əməkdaşlığı nəticəsində İtaliya operasın ən yaxşı şəkildə yenidən qiymətləndirməsi üçün əvəzedilməz, misilsiz bir təşəbbüsdür.

C.Rossini yaradıcılığının zirvəsi hesab edilən “Sevilya bərbəri” operasını 1816-cı ildə qələmə almışdı. Bəstəkar bu komik operanı çox qısa bir müddətdə - cəmi 19-20 gün ərzində yazıb tamamlamışdı.
İtaliya milli musiqisi, xalq mahnı və rəqslərindən istifadə etməklə bəstəkar bu əsərdə musiqinin dili ilə işıqlı aləmi, gəncliyin gücü və həyatın gözəlliyini tərənnüm etmişdir.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ilk dəfə 1964-cü ildə “Sevilya bərbəri” operasına müraciət etmiş və Xalq Artisti Şəmsi Bədəlbəylinin quruluşunda onu səhnəyə qoymuşdur. 
2002-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti, rejissor Hüseyn Əliyevin quruluşunda “Sevilya bərbəri” yenidən tamaşaya qoyulmuşdur. 2009-cu ildə teatrda həmin quruluş bərpa edilmişdir. Hazırda “Sevilya bərbəri” operası teatrın repertuarının bəzəyidir. 

Biletləri buradan əldə edə bilərsiz.