Payızda Avropaya səyahət etmək daha az izdiham, daha qısa növbələr, romantik hava və şəhərlərdə sakitlik deməkdir. Bir çox səyyahlar hesab edirlər ki, payız, həqiqətən, səyahət üçün ilin ən yaxşı vaxtıdır.

Avropaya səyahət etməyi düşünürsünüzsə, bu şəhərlər payızda gəzmək üçün ən yaxşılardan biridirlər.

Pertşir, Şotlandiya



Adətən böyük ağaclar ölkəsi adlandırılan Pertşir, payız rənglərinə görə Avropanın ən gözəl yerlərindən biridir.

Brügge, Belçika



Səyahətçilər Brüggesdə, adətən noyabr ayına qədər açıq olan, açıq şəhər bazarlarını ziyarət etməyi məsləhət görürlər.

Bavariya, Almaniya



Payız, bir çox şərab festivallarının və Oktoberfestin, eləcə də açıq havada tədbirlərin, Alp dağlarında gəzinti və Bavariya şərabxanasında yerli şərabların dequstasiyasının mövsümüdür.
Uiklou, İrlandiya



İrlandiyanın Uiklou dağları bütün il boyu heyrətamizdirlər, lakin payızda siz yalnız mavi göyləri və qızılı rənglə örtülmüş ağacları deyil, həm də daha çox şəlalələr görəcəksiniz.
Pyemont, İtaliya



Payız, xüsusilə Oktyabr, İtaliyada yemək və şərab üçün ən yaxşı mövsümdür.

Praqa, Çexiya



Praqa payızı xüsusilə heyrətamizdir: ziyarətçilərin sayı az, və gözəl günlərin sayı çox olur.

Luqano, İsveçrə



Oktyabr ayının ilk həftəsonu Luqanoyu ziyarət etmək səyahətçilərə folklor musiqili payız festivalında iştirak etmək imkanını verir.  

Ukanç, Sloveniya



Payızda bu qeyri-adi gözəl yer daha da valehedici olur, parlaq qırmızı və qızıl rənglər göldə əks olunur.

Douro Vadisi, Portuqaliya



Payızda, Douro Vadisində təzə və ətirli üzümləri mütlək dadın, çünki onlar, indiyə kimi dadına baxdığınız ən yaxşısı ola bilər.

Oslo, Norveç


Şimali Avropadakı mövsümi dəyişiklik xüsusilə diqqət çəkir. Osloda, payızda daha da məftunedici hala gələn, bir çox mənzərəli park var.