Paris, moda sənayesinin əsas oyunçularını davamlı inkişaf strategiyalarını inkişaf etdirməyə təşviq etmək məqsədi ilə Paris Good Fashion” eko layihəsini həyata keçirir. Layihə artıq LVMH, Ellen MacArthur FonduFransa Yüksək Moda Federasiyası (Fédération de la Haute Couture et de la Mode) tərəfindən dəstəklənir.

  Keçmiş moda jurnalisti İzabelle Lefort "Paris Good Fashion”, Parisi eko modanın paytaxtı halına gətirə biləcək bir fəaliyyət planı hazırlamaq üçün birlikdə çalışacaq moda sənayesi mütəxəssislərinin, markaların, sahibkarların, dizaynerlərin və mütəxəssislərin açıq bir icmasıdır" deyə qeyd edərək, Parisin icra qurumları ilə birlikdə layihənin başlandığını elan edib.
 
  Layihənin başa çatması 2024-cü ilə planlaşdırılır və Fransa paytaxtında keçiriləcək Olimpiya Oyunları ilə üst-üstə düşəcək.
 
  Daha əvvəl məlum olub ki, Kering şirkəti “Global 100” reytinqində ikinci yeri tutub və davamlı inkişafda mühüm uğurlar qazanmış ən böyük qlobal korporasiyaların arasında yer alır.

  Ümumiyyətlə qeyd edək ki, eko moda, moda məhsullarına və moda sisteminə daha böyük ekoloji bütövlüyə və sosial ədalətə doğru dəyişikliyi təşviq edən bir hərəkət və prosesdir. Eko-moda, ətraf mühit, istehlakçıların sağlamlığı və moda sənayesində insanların iş şəraiti nəzərə alınan geyimlər hazırlamaqdan ibarətdir.


 
  Eko-moda paltarları hazırlanan zaman pestisid olmadan yetişdirilən pambıq və üzvi ağaclarda bəslənən qurdlar tərəfindən hazırlanan ipək kimi üzvi xammaldan istifadə edilir, rəngli parçalar üçün zərərli kimyəvi maddələrdən imtina edilir, geyimlər təkrar istifadə olunan toxumalardan hazırlanır, yüksək keyfiyyətli geyimlər ikinci əl paltarlardan və hətta təkrar plastik şüşələrdən hazırlana bilir, ədalətli və obyektiv ticarət mühiti yaradılaraq çalışan insanlara düzgün iş şəraiti təmin edilir.
 
Yazdı: Könül Hilal.