Eşmola İncəsənət və Arxeologiya Muzeyi dünyanın ilk universitet muzeyidir. Onun ilk binası 1678-83-cü illərdə Elias Eşmolun Oksford Universitetinə 1677-ci ildə hədiyyə etdiyi nadir əşyalar kolleksiyasının yerləşdirilməsi üçün tikilmişdir.
 
Muzeyin hal hazırdakı binası 1841-1845-ci illərdə memar Ç.R. Kokerell tərəfindən gec klassisizm üslubunda inşa edilmişdir. 


Eşmola Muzeyi qədim Misir sənəti və İntibah dövrünün qrafika kolleksiyaları (Mikelancelo, Rafael, Leonardo da Vinçi) ilə məşhurdur. Rəsm Qalereyasında Uççello, Corcone, Rubens, Rembrandt, Lorren, Turner, Renuar və Pikasso təqdim olunurlar. Muzey həmçinin qədim sikkələrin, orta əsr silahlarının və zirehlərin zəngin kolleksiyalarına malikdir.


2009-cu ildə geniş yenidənqurmadan sonra Muzey yenidən açıldı. 2011-ci ilin noyabrında Misir və Nubiyə həsr olunmuş yeni qalereyalar açılmışdır. 2016-cı ilin may ayında muzeydə XIX əsrin yeni incəsənət qalereyaları açılmışdır.