Avropa Azərbaycanda

"Nar bağı" filminin nümayişi

2019/04/27 / 227

“Nar bağı” (2017)

Sürücülük: 90 min

Ölkə: Azərbaycan

Rejissor: İlqar Nəcəfov

Janr: Drama

Xülasə: Film Anton Çexovun məhşur “Albalı bağı” pyesinin motivləri əsasında çəkilib.Hadisə əyalətlərdən birində baş verir. Şamilin (Qurban İsmayılov) iri nar bağı var, onu kəndin imkanlı adamlarından biri (Kazım Abdullayev) almaq istəsə də o, satmır. Onun oğullarından biri ölüb, digəri Qabil (Səmimi Fərhad) isə evlənib, sonra heç kəsə nəsə demədən ailəsini də atasının yanında qoyaraq Rusiyaya gedib. Baba gəlini Sara (İlahə Həsənova) və 11-12 yaşlı nəvəsi Cəlalla (Həsən Ağayev) yaşayır. Günlərin birində gözlənilmədən oğul qayıdır. O, atasına ailəsini Rusiyaya aparacağını deyir, nar bağını satdırır və pulu da götürərək ailəsindən gizlin tək Rusiyaya qayıdır.Çünki onun başqa ailəsi var və borcu olduğundan qızı girov götürülüb.Bu pul ona qızının xilası üçün lazımdı.

Rejissorun avtobioqrafiyası. İlqar Nəcəf 1975-ci ildə Ermənistanın SSR-nin Ararat əyalətində anadan olub. 1988-ci ildə baş vermiş etnik münaqişə nəticəsində 13 yaşlı İlqar ailəsi ilə birlikdə məcburi ölkəni tərk etmişlər. 1997-ci ildə O, Azərbaycan dövlət İncəsənət Universitetinin rejissorluq fakültəsini bitirir. 2004-cü ildə İlqar Nəcəf Buta Film studiyasının əsasısını qoyur.

Ssenari: A. A.Rüstəmov, I.Nəcəf, R.J Minneboo

Aktyorlar: Həsən Ağayev, Samimi Fərhad, Ilahə Həsənova, Qurban Ismayılov

Dil: Azərbaycan dili

Altyazısı: İngilis dili

Treyler: