Avropaya səyahət

Motsartın vətəni Zalsburq

2019/01/04 / 63

Nərmin Əsəd.

TravelBird tərəfindən dərc edilən son hesabata görə Avstriyanın ən ruhlandırıcı şəhəri paytaxt Vyana, hətta ikinci şəhəri olan Graz da deyil - Zalsburq şəhəridir.

Salzaq çayının sahillərində Şərqi  Alplarda yerləşən bu tarixi şəhər (onun adı Duz Qəsri mənasına gəlir) qlobal ziyarət üçün yeddinci ən ilham verən şəhərlər sıralamasındadır. Sıralamada sadəcə San Francisco, Bruges və Mayami kimi yerlər tərəfindən geridə qoyulmuşdur. Şəhərlər, onların icra sənəti təşkilatları, sənət məktəbləri, qalereyalar, muzeylər, kino sənayesi, başlanğıc səhnəsi və ümumi romantik hissləri də daxil olmaqla bir sıra amillərə görə sıralanıb. Beləliklə, Zalsburqu bu qədər xüsusi edən nədir?

Musiqi: Zalsburq 18-ci əsrin bəstəkarı Wolfgang Amadeus Motsartın doğulduğu yerdir. Burada musiqiçilər üçün Motsart Kolleci və musiqisini dinləmək üçün çoxlu imkanlar var. Bununla yanaşı Zalsburq klassik musiqi ifaçılarından başqa, həm də çiçəklənən incəsənət səhnəsi, yaxşı parklar, yaxşı restoranlar və mənzərəli yan küçələrə sahib bir şəhərdir. Zalsburqun üç universiteti və böyük tələbə əhalisi var. Burada il ərzində təxminən 4.200 konsert təşkil edilir – musiqidən həm səhər, həm günorta və həm də gecə  zövq ala bilərsiniz.

Altstadt: Zalsburqun Unesco siyahısında "Old Town" (Altstadt) barok arxitekturası ilə tanınır və Alpların şimalında ən yaxşı saxlanılan şəhər mərkəzlərindən biridir. Motsartın yaşadığı illərdən bəri çox dəyişməyib. Zərif qübbələr və qüllələr uçurum qalası və dağlara qarşı tikilmişdir.

Qala: Zalsburqun ən görkəmli əlaməti Avropanın ən böyük və ən yaxşı saxlanılan Orta əsr qalalarından biri olan Mönchsberg dağında 900 illik qayaüstü qalasıdır (Festung Hohensalzburg). 1077-ci ildə Prince-Archbishop Gebhard üçün tikilmişdir və şəhərin sütunları, Salzaq çayı və dağları üzərində gözəl mənzərələri təqdim edir. Buradakı Golden Hall’u ziyarət etdiyinizə əmin olun, hansı ki qızıl tavanı ilə ulduzlu gecələri təqlid edən bu Hall müxtəlif banketlərə də ev sahibliyi edir.  Motsartın musiqisi ilə bağlı konsertlər də Golden Hall’da keçirilir.

Katedral: Zalsburqdakı Dom barok sənət əsərinə nümunədir. İbadət, ümid və xeyirxahlıq simvolu olan tunc portalları bu katedraldadır. Katedralın ortasında, Arsenio Mascagni'nin Məsihin ehtiraslarını əks etdirən tavan freskləri polikrom qübbədə diqqəti öz üzərinə çəkir. Zalsburqun böyük hissəsi, kilsə də daxil olmaqla, Archbishop Wolf Dietrich von Raitenau’a  görə tikilmişdir. 1587-ci ildə Romadan gələn o, Roma kimi gözəl olan Alpların şimalında Barok şəhər yaratmaq üçün yola çıxmışdı. O, italyan memarlarından katedralın dizaynını, xanımı üçün isə Mirabell sarayını istəmişdi. Advent dövründə Domplatz, Avstriyanın ən gözəl Milad bazarlarından birinə çevrilmişdi.

Yay Gözəl  Sənətlər Akademiyası: 1953-cü ildə Hohensalzburq qalasında, "School of Vision" kimi sənətşünas Oskar Kokoschka tərəfindən təsis edilən Zalsburq Beynəlxalq Gözəl Sənət Akademiyası Avropada ən qədimdir. Hər il, 50-dən çox ölkədən 300-ə yaxın iştirakçı iki sahədə təklif olunan kurslara qatılır: Hohensalzburg qalası və Kiefer karxanası. Dünyanın tanınmış rəssamları, kuratorları və tənqidçiləri sənətin istehsalına, sənətlə məşğul olmağa və sənət haqqında yazılara yönəlmiş kursları təklif edirlər.

Salzburg Festivalı: Bu məşhur musiqi və drama festivalı 1920-ci ildə qurulmuşdur. İyul ayının başlanğıcından başlayaraq beş həftə ərzində hər yaz keçirilir. Festivalın ayrılmaz hissəsi isə Hugo von Hofmannsthal tərəfindən Jedermann (Everyman) adlı oyunun illik performansıdır.

Müasir İncəsənət: Şəhərin yuxarı hissəsindəki  Museum der Moderne, köhnə şəhərin görünüşünə bonus olan qədim sənət sərgilərinə ev sahibliyi edir.