Bildiyimiz kimi bu gün Avropanın böyük bir əksəriyyəti Milad Bayramını qeyd edir. Çilçıraqlı şam ağacı, darçın qoxulu şirniyyat və günün qəhrəmanı – Santa Klausun gətirdiyi hədiyyələrlə sevilən bu bayram, tək Avropanı yox, demək olar ki, bütün dünyanı şənlik ab-havasına bürüyür.


Gəlin, bu bayram haqqında bir çoxumuzun bilmədiyi maraqlı faktlar barədə danışaq:

  • Dünyaca məşhur və Milad bayramının qeyri rəsmi himni adlandıra biləcəyimiz “Jingle Bells” mahnısı, əslində Milad Bayramı üçün yox, “Şükran Günü” üçün bəstələnib.
  • Hollandiyada Santa Klaus Sinterklaas adlanır və heç də Şimal qütbündə yox, İspaniyada yaşayır.
  • Almaniya, Polşa və Ukraynada Milad Bayramı üçün bəzədilmiş şam ağacında hörümçək və ya hörümçək toru görülməsi, böyük bir uğura işarədir.

  • İlk süni şam ağacları 19-cu əsrdə Almaniyada istehsal edilməyə başlayıb və təbii ki, məqsəd, ağacların kütləvi kəsilməsinin qarşısını almaq idi.
  • Almaniyada Milad ərəfəsində (24 dekabrdan 25 dekabra keçən gecə, “Heiligabend”) bütün təmiz qəlblərin heyvanların danışığını anlaya biləcəklərinə inanılır.
  • Facebookdan alınan rəsmi statistik məlumatlara əsasən cütlüklərin ən çox ayrıldıqları dönəm Milad bayramına 2 həftə qalmış müddətdir.
Biz isə SizinAvropa.az komandası adından sizə daim mehriban olmağı və harada olmağınızdan asılı olmayaraq bayram əhval ruhiyyəsini yaşamağınızı və yaşatmağınızı diləyirik!

Yazdı: Könül Hilal