Avropa Azərbaycanda

Məşhur Britaniyalı müğənni Coss Stounun Bakıda konserti keçirilib

2018/03/06 / 110

Martın 3-ü Landmark Bakının Rotunda Jazz” zalında dünyaca məşhur, Grammy və digər mühüm mükafatlarının qalibi, tanınmış soul ifaçısı Joss Stounun (Joss Stone) möhtəşəm konserti keçirilib. Dünya turu (Total World Tour) çərçivəsində baş tutan konsertdə müğənni öz ecazkar səsi, bi-birindən maraqlı və rəngarəng ifaları ilə bütün audoriyanın diqqətini özündə cəmləşdirə bilmişdi. İstedadlı müğənni konsert zamanı həm öz repurtarından, həm də kover(cover)üslubda, Soul,R&B,Reggae janırlı mahnılarla tamaşaçılar qarşısında çıxış edib. Bakıda ilk dəfə keçirilən bu tipli konsert tamaşaçıların böyük marağ və diqqətinə səbəb olmuşdur. Konsertin sonunda tamaşaçıların dayanmadan səslənən alqışlarını nəzərə alan müğənni proqramdan əlavə mahnılarla konserti tamamlayıb.

Martın 4-ü isə müğənni xeyriyyə məqsədi ilə UAFA (United Aid For Azerbaijan) qeyri- hökümət təşkilatı ilə birgə 1 saylı usaq psixoloji dispanserini ziyarət edib.

Həmçinin, Coss Stoun Bakı səfəri çərçivəsində istedadlı opera müğənisi İlham Nəzərovla birgə qədim xalq mahnısıSarı Gəlini birgə ifa etmişlər.

Link

Onu da vurğulayaq ki, dünya turu çərçivəsində Azərbaycan müğənninin səfər etdiyi 131-ci ölkə idi. Azərbaycandan sonra müğənninin növbəti səfəri Özbəkistandır.