Avropa Azərbaycanda

"Mənim üçün musiqi - Ürək, ehtiras və intizamdır" - El Amir

2019/05/10 / 131

Əziz dostlar! 

SizinAvropanın bu dəfə ki qonağı, tanınmış flamenko ifaçısı El Amir-dir.

El Amir multietnik musiqiçi, Cənubi Amerikanın bütün hisslərini, eləcə də folklor, flamenko, ağır metal, caz, rok musiqi səviyyəsində tərcümə edə bilən bir gitaristdir. Flamenko gitaristləri flamenko yolu ilə sənətkarlıq və ustadlıqla bir çox başqa musiqi üslubları və simli alətləri ifa edə bilirlər.

İzləyicilərimizə özünüz haqqında qısa məlumat verin.

Mən özüm multietnik sənətçiyəm, çünki atam və anam hər biri müxtəlif mədəniyyətlərdən gəlir, amma mən Almaniyada anadan olub, Almaniyada da təhsil almışam. Və 1997-ci ildə İspaniyanın Andalucía şəhərinə hansı ki, Flamenko Musiqisinin doğulduğu yerə - ‘Jerez de la Fronter’-a köçdüm. Və beləliklə ərəb udu, həmçinin Flamenko gitarı ifa etməyə başladım.

Gitaristlər üçün flamenko istinadları nələrdir?

Bunlar ərəb elektrik udu, türk sazı, yunan bouzoukisidir. Bu evdə də qulaq asdığım musiqi idi. Atam ənənəvi Flamenko musiqilərini dinləyərdi. Sonra bu musiqi ilə məşğul olmağa başladım və mən bununla qürur duyuram, baxmayaraq ki, İspaniyada deyil, Almaniyada doğulmuşam. Amma bu musiqi mənim həyatımda yaşayır.

Siz "Şərqdən Qərbə" adlı yeni bir şounun ilk çıxışını edirsiniz. İnsanlara nə demək istəyirsiniz?

Hər musiqi üslubunun təkamül yolu var. Flamenko iddiasında mən Aralıq dənizi təsirlərini Yaxın Şərqdən, yəni İraqa, İrana və digər Mezopotamiyaya məxsus olan üslublarla göstərmək istəmişdim. Budur, musiqi coğrafi səyahət etmək və tamaşaçılara hər kəsin nə qədər yaxın olduğunu göstərməkdir. Çünki mənim üçün Aralıq dənizi səhnəsi müxtəlif mədəniyyəti olan böyük bir yerdir. Mənim üçün bu görünən bir şeydir, mədəniyyətlə əlaqəlidir və musiqi dəyişikliyinə görə coğrafi mövqeyə bağlıdır.

Şərqdən Qərbə, Mezopotamiyadan Qərbə və mədəniyyətə elektrik gitaraları ilə. Beləliklə, bu şouda mən ərəb elektrik udu, türk sazı, yunan bouzoukisi, flamenko gitarası və elektrik gitarası ilə ifa edərək, ənənəvi sənəti müasir elementlərlə qarışdırmaq üçün səhnəyə çıxdım.

Flamenko Gitarası ilə ifa etməyə nə zaman başladınız?

3, 4 və ya 5 yaşım olanda idi. Ancaq 7 yaşımda olanda gitaralarla təcrübə qazanmağa və təhsil almağa çalışırdım.  Əvvəlcə atamdan, sonra da xüsusi müəllimlərimdən dərs almışdım. Daha sonra şənliklərdə və 12 yaşımda ilk dəfə rəsmi olaraq  festivalda çıxış etmişdim. O vaxtdan bəri yalnız musiqi ifa etməklə çıxış edirəm.

IMAGINE Avro Tolerantlıq Festivalı haqqında nə bilirsiniz?

İndiyə qədər bunu deyə bilərəm ki, bu festival fərqli bir ölkəni təbliğ edir. Hər şeyi bir araya gətirəndə gördüyüm şey Azərbaycandır, biz dünyanın çox mədəniyyətini görürük və bu, xalqın düşüncə tərzini yeniləmək üçündür. Və mənim üçün bu çox maraqlı bir şeydir, çünki ünsiyyət bazası olan hər festival müsbət nəticə gətirir.

3 sözlə sizin üçün musiqi nədir?

Mənim üçün musiqi - "Ürək, ehtiras və intizamdır"

 

 

 

 Nova Adhari.