Son xəbərlər

Mədəniyyət sektorunun siyasəti və idarə olunması sisteminin modernləşdirilməsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə dəstək” Tvinninq layihəsi

2018/04/06 / 142

4 aprel 2018-ci il tarixində Aİ-nın maliyyələşdirdiyi “Mədəniyyət sektorunun siyasəti və idarə olunması sisteminin modernləşdirilməsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə dəstək” Tvinninq layihəsi sona çatır. Bu layihə Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi və İtaliyanın Mədəni İrs, Fəaliyyətlər və Turizm Nazirliyi arasında əməkdaşlıq şəraitində həyata keçirilmişdir. Azərbaycanın mədəniyyət sektorunun modernləşdirilməsi istiqamətində layihə mühüm nəticələr qazanmışdır. Təklif olunan bəzi islahat tədbirləri növbəti istiqamətləri əhatə edir: mədəniyyət sahəsində dövlət və özəl qurumların iştirakının gücləndirilməsi üçün yeni hüquqi praktikaların təqdim olunması; maliyyə imkanlarının artırılması üçün əlverişli maliyyə-fiskal rejiminin yaradılması; mədəniyyət və restavrasiya sahəsində bacarıqların artırılması; muzey və kitabxana sahəsində müasir idarəetməyə keçid və s.