Bu gün sizə gələcəyin enerjiyə qənaətli binalarını haqqında yazırıq və səfər nöqtəmiz  Bolqarıstanın Sofiya şəhəridir.

  Gördüyünüz bu pəncərələr adi pəncərələrə bənzəsələr də, belə deyil. Hər bir panelin içində davamlı olaraq distillə edilmiş su və glikol axını var. Pəncərələr sabahın enerjiyə qənaətli binalarının yaradılması üçün çalışan tədqiqatçılar və memarlar tərəfindən hazırlanmışdır. Bu texnologiya Sofiyada eksperimental pavilyonda sınaqdan keçirilir.


 
  Hər bir pəncərənin içində antitriz kimi xidmət edən, 70 litr distillə edilmiş su və 30 litr etilen glikolun daimi axını var. Hər bir şəffaf panel fərdi bir günəş kollektoru kimi çıxış edir. Günəş hüceyrələrindən istifadə edərək, pəncərələr günəş radiasiyasını udur və binanın içini istiləşdirmək üçün istilik enerjisinə çevirir.
 
  Miglena Nikolaeva-Dimitrova, Bolqarıstan Elmlər Akademiyasının əməkdaşı qeyd edir: "Şüşə içərisindəki havanın əvəzinə mayelərin istifadəsinin üstünlüyü suyun daha sıx olmasıdır, buna görə infraqırmızı işığı daha geniş diapazonda udur"
 
  Elm adamları su axınının enerji səmərəliliyini təmin etməsini, şəffaf izolyator kimi çıxış etməsini istəyirlər. Beləliklə, sistem qış dövründə günəş istiliyini maksimum dərəcədə artırmalı və yayda həddindən artıq istiliyə yol verməməlidir.
 
  Elm adamlarının məqsədi Yeni binaların dizaynı zamanı maksimum enerjisəmərəliliyi əldə etmək və Avropa Birliyinin "Sıfır Enerjiyə Yaxın Binalar" layihəsinə dəstək olmaqdır.