Avropaya səyahət

KEUKENHOF-DÜNYANIN ƏN GÖZƏL GÜL FESTİVALI

2018/03/07 / 284

Bu il Keukenhofda(Niderland) ənənəvi və sayca 67-ci rəngarəng və təravətli gül festivalı-“Romance in Flowers” keçiriləcək. Festival 22 Mart-13 May tarixlərini əhatə edir. Rəsmi gül paradı isə cəmi bir gün Aprelin 21-də keçiriləcək. Dünyada güllər diyarı kimi tanınan Keukenhof Lissede yerləşərək, Amsterdamla Haqu arasındakı ərazini əhatə edir. 32 hektarlıq bu gül bağı nadir və qeyri-adi çiçəklərin kompazisiyasından ibarətdir. Parkın rəsmi saytındakı məlumata əsasən hər il burada 7 milyon gül əkilir.

Onu da qeyd edək ki, hollandlar dünyada nərgiz gülü, sünbülçiçəyi, zanbaq və krokus kimi soğanaqlı çiçəklərin ən böyük ixracatçılarıdır və bu güllərin hamısını Keukenhof bağında görmək mümkündür.


Siz heç bilirdinizmi Keukenhof parkında təkcə zanbaq çiçəyinin 800 növü mövcuddur?

Keukenhof təkcə bihuşedici ətirlər və zövqoxşayacı mənzərədən ibatər deyildir, parkda quraşdırılmış gül heykəllər və müxtəlif artwork-lar də ziyarətçilərin diqqətindən yan keçmir. Bundan əlavə festival hər il olduğu kimi bu ildə rəngarəng tədbir proqramları ilə zəngindir. Proqramaların siyahısı ilə parkın rəsmi tanış ola bilersiniz: https://keukenhof.nl/en/

Keukenhof festivalı kiçikdən tutmuş böyüyədək hamının zövqünü oxşayacaq bir festivaldır. Təkcə keçən il parkın ziyarətçilərini sayı 1 milyondan yüksək idi.Əgər festival ərəfəsində Niderlanda səfər etmisinizsə bu maraqlı festivalı diqqətdən kənar saxlamayın.

Əgər siz artıq Niderlandda səfərdəsizsə, Keukenhofa səyahət etməyin ən asan və münasib yolu ictimai nəqliyyatdan istifadədir.

Skipol Aeroportundan Keukenhofa birbaşa gedən avtobus marşurutu seçimlərdən biridir.