Avropada Təhsil

İtaliyanın KaFoskari Universiteti Bakıda ofis açır

2018/11/05 / 91

2 noyabr Azərbaycanın ən qabaqcıl ali məktəbi olan ADA Universiteti və Venetsiyanın Ka' Foskari (Ca' Foscari) Universiteti əməkdaşlıq və tələbə mübadiləsi haqqında qarşılıqlı anlaşma memorandumu imzalayıblar. Bununla əlaqədar həmin universitetinin rektoru cənab Mikele Bulyezi (Michele Bugliesi) və digər rəhbər şəxslər Bakıya səfər etmişlər.  M.Bulyezinin sözlərinə görə, bu sənədin imzalanması, eləcə də Bakı Ka`Foskari Universitetinin məsləhət ofisi iki ölkə arasındakı əlaqələrin daha da inkişaf etməsinə kömək edir.  Rektor həmçinin qeyd edib ki, bu il Ka`Foskari Universitetinə Azərbaycandan 35 tələbə qəbul olub.

Eyni zamanda qarşılıqlı memorandumu imzalayndan sonra  Ka"Foskari (Ca' Foscari) universitetinin prorektoru xanım Tiziana Lipiello ADA universitetinin tələbələri qarşısında "Marko Polonun izlərilə": İpək Yolu ölkələrinin mədəni irsini dəyərləndirilməsi üçün yeni layihələr" mövzusunda məruzə ilə çıxış etdi. Qeyd edək ki, bu məruzə "FANTAZİA" mədəni irs festivalı çərçivəsində həyata keçirilirdi. 

Elə həmin gün Ca' Foscari Universitetinin Rektoru cənab Mikele Bulyezinin (Michele Bugliese) rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikası Təhsil nazirinin müavini cənab Firudin Qurbanovla görüşü keçirilib. Görüş zamanı tərəflər qarşılıqlı əməkdaşlıq imkanlarını müzakirə ediblər.