Son xəbərlər

İsveç İttifaqı İcmalarına Dövlət Dəstəyi Komissiyasının Baş Direktoru cənab Åke Göranssonun başçılıq etdiyi İsveç dindarların nümayəndə heyəti Bakıya gəlib

2017/11/30 / 51

28-29 noyabr tarixlərində İsveç İttifaqı İcmalarına Dövlət Dəstəyi Komissiyasının Baş Direktoru cənab Åke Göransson başçılıq etdiyi İsveç dindarların nümayəndə heyəti Bakıya ziyarət etdi. 2015-ci ilin dekabrında Azərbaycan tolerantlıq heyətinin İsveçə səfərinə cavab olan səfərin məqsədi ölkələr arasında din və mədəniyyət sahələrində ikitərəfli əlaqələrin inkişaf etdirilməsi, eləcə də təcrübə və fikir mübadiləsi olmuşdur. Heyət Parlament, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi və Azərbaycanda müxtəlif dini icmaların nümayəndələri ilə məhsuldar müzakirələr aparıblar. Heyət, İsrail xaricində qalan tək yəhudi şəhər olduğu hesab edilən dağ yəhudilərinin "Qırmızı Qəsəbə" sinidə ziyarət etdi və onların tarixi, ənənələri və onların əsrlər boyu Azərbaycandakı müxtəlif millətlər arası sülh bərabərliyihaqqında fikirləri ilə tanış oldu. Heyət həmçinin ADA Universitetinin tələbələri və akademik heyəti ilə multikulturalizm və tolerantlıq haqqında fikir mübadiləsi aparmaq üçün dəyirmi masa müzakirəsi keçirdi. Səfirlik azərbaycanlı həmkarlarına, xüsusilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə və Qafqaz Müsəlmanları İdarəsinə mehriban qonaqpərvərlik və səxavətlə qəbul etməyinə görə təşəkkür edir.