Həftəlik tədbirlər gündəliyi

İspan Yataqxanasi / L' Auberge Espagnole filmi

2018/04/12 / 62

Azərbaycan Dillər Universitetində 12 aprel cümə axşamı, bütün gün ərzində keçiriləcək Universitet forumunun sonunda, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi Sedrik Klapişin İspan Yataqxanası filmini təqdim edir.

İSPAN YATAQXANASI
Sedrik Klapişin filmi
FRANSA/ Komediya / 2002 / 180 dəq
Film fransızca ingilis alt-yazıları ilə

İqtisadiyyat üzrə təhsilini yekunlaşdırmaq və ispan dilin öyrənmək üçün 25 yaşlı gənc Qzavye Barselonaya yola düşür. Atasının dostu tərəfindən Maliyyə nazirlyində təklif olunan vəzifəni əldə etmək üçün ispan dilini öyrənmək zəruriyyətindədir. Lakin, bunun üçün, o, 4 il birgə yaşadığı sevgilisi Martini tərk etməlidir.

İspaniyada, Qzavye 7 digər ölkədən gələn tələbə ilə eyni evi bölüşür.
Giriş sərbəstdir.