İsveçin Yukkasyarvi (Jukkasjarvi) kəndində qar və buzdan tikilmiş qeyri-adi bir otel var - Icehotel. Bu otel ilk dəfə 1990-cı ildə qış dövründə bu rayona turistlərin cəlb edilməsi üçün tikilmişdir.



Otelin fəaliyyəti mövsümi xarakter daşıyır – aprel ayının ortalarından etibarən otel əriməyə başlayır və soyuq hava gəldikdə, yəni noyabr ayında yenidən quraşdırılır. Otelin inşaatında xüsusi buz bloklarından istifadə edilir və sözügedən buz xüsusi olaraq Turin çayında yetişdirilir. Qeyd etmək lazımdır ki, otelin otaqlarının interyeri müəllif hüquqları ilə qorunur.



Əvvəllər Icehotel buz heykəllərinin qalereyası idi, sonradan isə isveçlilər burada tam dəyərli otelin işə salınmasına qərar verdilər. Burada maral dəriləri ilə örtülmüş buzdan bir yataqda yatmaq, buz barında içkilərdən ləzzət almaq və hətta buz kilsəsində evlənmək də olar.



Oteldə temperatur dərəcəsi hər zaman -5C ilə -8C dərəcə arasında dəyişir. Soyuğa uzunmüddət dözə bilməyənlərə isə yaxın məsafədə yerləşən adi, klassik otelə transfer təklif olunur.




Yazdı: Xatirə Vəliyeva