Avropada Təhsil

Hansı Avropa ölkələrində pulsuz təhsil almaq olar?

2019/07/25 / 218

Bir çox tələbə ali təhsil almaq üçün Avropaya getməyi xəyal edir, lakin təhsil haqqının yüksək olması səbəbindən hər kəs bunu imkan etmirBuna görə kədərlənməməli və xəyalınızdan vaz keçməməlisiniz, çünki xarici tələbələr üçün pulsuz təhsil təklif edən ölkələr var.

Xaricilərə pulsuz ali təhsil təklif edən Avropa ölkələrini nəzərinizə çatdırırıq:

 

1. Almaniya

Almaniya pulsuz ali təhsil ala biləcəyiniz ölkələrin siyahısında birinci yerdədir. Demək olar ki, orada bütün dövlət universitetlərində təhsil ödənişsizdir.

 

2. Norveç

Norveç, xərcsiz ali təhsil almaq üçün daha bir ölkədir. Lakin, Norveçin aparıcı universitetlərinin əksəriyyəti Norveç dilində təhsil təklif edirlər.

 

3. Çexiya

Çex Respublikasında da pulsuz təhsil ölkənin rəsmi dilində təqdim olunur.

 

4. Macarıstan

Xarici tələbələri cəlb etmək üçün Macarıstan hökuməti "The Stipendium Hungaricum Scholarship Programme" təqaüd proqramı yaratmışdır. Təqaüd təhsil haqqı, yaşayış (yataqxanada yer və ya bütün təhsil müddəti üçün 40,000 HUF məbləğində maddi kompensasiya), tibbi sığorta və həmçinin aylıq ödəniş ilə təmin edir.

 

5. Fransa

Qlobal reytinqə görə, Fransada dünya səviyyəli təhsil təklif edən 39 universitet var. Burada xarici tələbələr üçün dövlət universitetlərində Fransız dilində pulsuz təhsil təklif olunur.