İsveçli gənc fəal Greta Thunberg yenidən gündəmə gəldi.  AB-nin iqlim dəyişikliyi ilə mübarizə planını sərt tənqid edən Greta, planı “təslim planı”adlandırdı.
 
  Gənc fəal Thunberg, çərşənbə günü Brüsseldə Avropa Birliyi nümayəndələrinin karbon tullantılarının azaldılması üçün təklif olunan qanunun təqdimatı zamanı sərt çıxışıyla fərqləndi.
 
  AB Komissiyasının sədri Ursula fon der Leyen sözügedən qanunu "Avropa Yaşıl Sazişinin ürəyi" olduğunu vurğuladı. 17 yaşlı Greta Thunberg isə sözügedən məsələnin boş sözlərdən başqa heç nə olmadığını deyərək, qanunu rədd etdi.


 
  Avropa Birliyi 2050-ci ilə qədər 'neytral iqlim' zonası olmağı hədəfləyir. Greta isə öz növbəsində qeyd olunan müddətin çox gec olduğunu bildirdi.  "Eviniz yanarkən, onu söndürməyə başlamaq üçün bir neçə il gözləmirsiniz. Komissiyanın bu gün təklif etdiyi məsələ isə budur" deyə Greta komissiya üzvlərinə etiraz edtdi.
 
  Aİ Komissiyasına karbon azaldılması hədəflərini təyin etmək üçün daha çox səlahiyyət verəcək qanunun yetərli olmadığını söylədi.

  Gəncin sözlərinə görə AB Paris razılaşmasından ciddi şəkildə yayınır. Bu razılaşmaya əsasən 197 ölkə parnik qaz tullantılarının kəskin azaldılmasına məcbur edilir.

  “İqlimlə bağlı bu qanun sadəcə kapitulyasiyadır. Təbiət heç bir sövdələşmə qəbul etmir və siz fikizka ilə əqd bağlaya bilmərsiniz” deyən gənc fəalın fikrinə əsasəm Yaşı Saziş strategiyalar paketi iqlobal isinməni 1.5 C ilə məhdudlaşdırmaq üçün sadəcə 50% şans təqdim edir.

  Sərt çıxışları ilə tez tez diqqət mərkəzində olan gənc xabım Greta Thunberg kimdir?

  3 yanvar 2003-cü ildə İsveçdə anadan olan Greta Thunberg, Dünya Bankının Birləşmiş Millətlər Təşkilatının Baş katibinə ünvanladığı bir nitqiylə dünyada tanınıb.
 
  Gretanın anası İsveç opera müğənnisi Malena Ernman, atası aktyor Svante Thunbergdir.
Hər şey Gretanın dünyada baş verən və iqlim dəyişikliyinə səbəb olan hadisələrə etiraz etmək üçün cümə günü məktəbə getməmək qərarı ilə başladı.
 
  İsveç parlamenti qarşısında nümayiş etdirən Greta, dünya liderlərini əlindəki valyuta ilə ətraf mühitin qorunması üçün addımlar atmağa çağırdı.
  Greta, dünyadakı tələbələri iqlim üçün hərəkət etmələrini istəmələrini istədi. Sosial mediada yayılan bu çağırış "Gələcəyimiz üçün cümə" şüarı ilə nəhəng bir kampaniyaya çevrildi.
 
  Nyu Yorkdakı BMT iqlim sammitindəki son çıxışında o, dünya liderlərinə müraciət etdi: "Bu çox yanlışdır. Mən burada olmamalıydım. Məktəbim okeanın o tayında olmalıydım. Ancaq yenə də gənclərə ümid verdiniz. Bu necə cəsarətdir? Xəyallarımızı, uşaqlığımızı boş sözlərinizlə oğurladınız."
 
  May ayında Time jurnalı tərəfindən "Dünyanın ən nüfuzlu adamı" adını almış Greta Thunberg, iyun ayında Amnesty İnternational (Amnesty International) insan haqları təşkilatı tərəfindən "Vicdan səfiri" mükafatına layiq görülmüşdür.
  Nüfuzlu Time jurnalı isə Greta Thunbergi 2019-cu ilin adamı adlandırıb.
  Bir sıra mənbələr isə, gənc xanımın sadəcə bir təşviqat kampaniyası olduğunu iddia edirlər.
 
  Bəs siz  bu haqda nə düşünürsünüz?