Avropa Azərbaycanda

Gənc Avropa Səfiri olmaq istəyənlərin nəzərinə!

2019/06/01 / 59
Aİ və Şərq Qonşuluğu ölkələrində yaşayan 16-25 yaş arası gənclər "Gənc Avropa Səfirləri" (GAS-lar) təşəbbüsünə qoşulmağa dəvət edilirlər.

Mayın 27-də "Aİ-nin Şərq Qonşuları" layihəsi hər hansı Aİ-yə üzv dövlətin və ya Şərqi tərəfdaş ölkəsinin (Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ukrayna) vətəndaşı olan və İngilis dilini yaxşı səviyyədə bilən aktiv və həvəsli gəncləri "Gənc Avropa Səfiri" olmağa çağırır.
Müraciət edənlər Aİ-nin fəaliyyəti və yaşadıqları ölkənin Aİ ilə tərəfdaşlığı ilə yaxından maraqlanan, eləcə də bilik, bacarıq və məlumatları bölüşməyə hazır olan şəxslər olmalıdır. Onlar həmçinin öz icma və ölkələrinin inkişafı və rifahına daha geniş şəkildə töhfə verməyə can atmalıdırlar.
 
Seçilmiş namizədlər onlayn və dialoqların əsas yer tutduğu tədbirlərdə iştirak edəcək, o cümlədən öz ölkələrinin gənclərini həm yerli, həm də xarici ölkələrdə keçirilən tədbirlərdə təmsil etmək imkanı qazanacaqlar.
 
Seçim kriteriyaları və ərizələrin qəbulu haqqında əlavə məlumatı buradan əldə edə bilərsiniz.