Freddi Merkuri  (Fərrux Bulsara), - 1946-cı ildə keçmiş Britaniya koloniyası, indiki Tanzaniyanın Zənzibar adasında anadan olmuşdur. Onun valideynləri Bomi və Cer Bulsara Hindistana köçən Pars Zərdüşlər olmuşlar. Onlar Hindistandan Zənzibara Bominin Britaniya Koloniya İdarəsindəki işləri ilə əlaqədar immiqrasiya etmişdilər. Bulsara soyadı Hindistanın Qucarat ştatındakı Bulsar (digər adı – Valsad) şəhərinin adından götürülmüşdür. Merkurinin özündən kiçik Kəşmirə adlı bacısı da var. Təhsilinə Bombeydən 500 km uzaqlıqda, Pəncqani şəhərində yerləşən Müqəddəs Pyotr internat məktəbində başlayır. Bu məktəbdə o pianoda ifa etməyi öyrənir və tədricən ilk qrupu olan Hecticsi yaradır. O, öz uşaqlıq illərini Hindistanda nənəsinin və bibisinin yanında keçirmişdir. Sonra o Cathedral və John Connon məktəbinə daxil olmuşdur. Merkuri Zənzibara qayıtmamışdan əvvəl Hindistanda Mazaqondakı Müqəddəs Meri məktəbini bitirməyə də nail olmuşdur.

17 yaşında ailəsi ilə birgə Zənzibarda baş vermiş inqilab səbəbindən İngiltərəyə köçür. İngiltərədə Merkyuri Qərbi Londonda yerləşən Isleworth Polytechnic (indiki West Thames College) adlanan kollecə daxil olur və burada incəsənəti öyrənməyə başlayır. Sonralar o məhz bu kollecdə Kuinin gələcək üzvləri Brian May və Rocer Teylor ilə tanış olur. Onlar sıx dostluq etməyə başlayırlar.Və Ealing Art College də qrafik və dizayn üzrə diplom alır.

 

 

Dünya rok musiqisi və ümumiyyətlə musiqi tarixində ən yaxşı səslərindən sayılan səsi Queen qrupunun dünya şöhrəti qazanmasında ən əsas faktor rolunu oynamışdır. Freddi Merkyurinin səsi praktiki olaraq dörd oktavanı əhatə etmişdir. Halbuki, o danışanda səsi baritona enirdi, amma oxuyan zaman onun səsi tenordandüşmürdü.Mercury texniki olaraq çətin mahnıları da çox güclü bir səslə şərh etmişdir.Lakin səs tellərində problem olsada əməliyyat olunmağı rədd etmişdir. Hətta 1985-сi 13 iyul tarixində Bob Geldof tərəfindən təşkil olunan Live Aid yəni Afrikaya dəstək adlı keçirilən konsertdə həkimlər ona səsində problem olduğunu və konsertdə iştirak etməməyi məsləhət görsələrdə Freddi Merkyuri razı olmamışdır. Və Live Aid konsertində bir çox dünya şöhrətli qrupların və müğənnilərin iştirak etməsinə baxmayaraq, ən yadda qalan çıxış Queen qrupuna məxsus olmuşdur.

 

Merkuri Queenin Greatest Hits albomundan olan "Seven Seas of Rhye", "Killer Queen", "Bohemian Rhapsody", "Somebody to Love", "Good Old-Fashioned Lover Boy", "We Are the Champions", "Bicycle Race", "Don't Stop Me Now", "Crazy Little Thing Called Love" və "Play the Game" mahnılarının bəstəkarıdır. Merkuri yaradıcılığında bir çox janrlara müraciət etmişdir. Müğəninin bəstələdiyi Bohemian Rhapsody mürrəkkəb quruluşlu mahnısı özundə rok, pop, opera və folklor musiqisi elementlərini mükəmməl şəkildə birləşdirmişdir. Müxtəlif musiqi növ və cərəyanlarına tez-tez müraciət etməsinə baxmayaraq rok-pop musiqisində öz dəsti-xəttinə sadiq qalmışdır.

Freddinin mahnılari optimizm və şənliklə doludur. Dövrün əksər rok qruplarının özünü intihara çağiran mahnılarından fərqli olaraq Freddi mahnıları ilə insanları bu cür addımlar atmaqdan çəkinməyə çağırmışdır. Merkuri oz əsərlərində müxtəlif musiqi stillərini böyük ustalıqla sintez edirdi: operadan ağır rok janrlarına qədər. Bu o dövr üçün tamamilə yeni bir şey idi.

Çox güclü fantaziyaya və istedada malik olan Merkuri konsertlərini təkrarolunmaz şoulara çevirə bilirdi.Demək olar ki,bir çox konsert geyimlərinin dizaynını belə özü verirdi.

Onun son video görüntüsü olan "These Are the Days of Our Lives" klipində onun xəstəliyinin həqiqətən də ciddi olduğunu görmək mümkün idi. 22 noyabr 1991-ci ildə o Queenin meneceri Cim Biç (Jim Beach) ilə Kinqstondakı evində görüşərək xəstəliyinin geniş ictimaiyyətə açıqlanmasını müzakirə edir. Ertəsi gün, yəni 23 noyabrda Freddi Merkyuri QİÇSxəstəliyinə yoluxdugunu elan edir. Həmin gün Dünya rok musiqisi, pərəstişkarları və yaxınları şoka düşürlər. Bəli, tam 24 saat keçir, ertəsi gün Dünya rok musiqisinin kralı Freddi Merkuri 45 yaşında gözlərini əbədi olaraq yumur. Ölümünün əsl səbəbi isə QİÇS-dən əmələ gəlmiş sətəlcəm (ciyər xəstəliyi) xəstəliyi kimi göstərilir. Mənsub olduğu Zərdüştlük dininə əməl etməsə də, dəfni bu dinin qayda-qanunları əsasında həyata keçirilir. Cənazəsi Kensal adına Yaşıl Qəbirsanlıqda yandırılır amma, külünün yerləşdiyi yer heç kimə məlum deyil. Lakin, bəzi məlumatlara görə Cenevrə gölünə səpilmişdir. Queenin qalan bütün üzvləri The Mercury Phoenix Trust fondu tərəfindən "Freddi Merkyuri Xeyriyyə Konserti" təşkil edirlər. Konsertin məqsədi QİÇSə qarşı mübarizə idi. Ölümündən sonra açıqlanır ki, O, £500,000 (funt – İngilis pulu) baş aşpazına, £500,000 şəxsi köməkçisinə, £100,000 sürücüsünə və £500,000 partnyoru Jim Huttona vəsiət etmişdir. Meri Austin (Mary Austin), adında ən yaxın dostuna isə yaşadığı mülkü bağışlamışdır.