Avropa Azərbaycanda

Fransız qastronomiyası bayramı «GOUT DE FRANCE» 2019 Bakıda

2019/02/27 / 208

150-dən çox ölkədə və 5 qitədə qeyd edilən Goût de / Good France tədbiri, artıq beşinci buraxılışdır ki, Fransanın xaricdəki səfirliklərini və dünya aşbazlarını səfərbər edir.  Bu il, dünyanın 5000-dən çox aşbazı “fransızsayağı şam yeməyi” təklif etmək üçün bir araya gəlirlər. Bu bayram, fransız mətbəxinin mükəmməlliyini, yenilik bacarığını və bunlara bağlı dəyərləri - paylaşmağı, zövqü, məhsulların keyfiyyətinə diqqəti, yemək mədəniyyətini və ətraf mühitə hörməti tanıtmaq üçün bir fürsətdir.

 

Paytaxtın beş restoranı 9-16 mart 2019-cu il tarixlərində fransız qastronomiyasının təamlarını təqdim edəcəklər :

  • Şənbə 9 mart, 30 – Restoran « L’Avenue ». Aşbaz: Ruslan Alsevskis (Neftçilər prospekti, dənizkənarı bulvar. Rezervasiya üçün: 050 294 15 15)
  • Çərşənbə 13 mart, 30 – Restoran « Bar Fly ». Aşbaz : Tibo Bera (İçərişəhər, Böyük Qala küçəsi 41. Rezervasiya üçün: 050 449 46 16)
  • Cümə axşamı 14 Mart, 30 – Restoran « Paris Bistro ». Aşbaz: Yaqub Mahmudov (Zərifə Əliyeva küçəsi. Rezervasiya üçün: 012 404 82 15)
  • Cümə 15 mart, 30 - JW Marriott Absheron, restoran « Fireworks Urban Kitchen ».
    Aşbaz: Amit Taneja (Azadlıq prospekti 674. Rezervasiya üçün : 055 268 05 48)
  • Şənbə 16 mart, 30 – Dinamo Hotel, restoran « Olympia ». Aşbaz: David Mottl (Zərifə Əliyeva 32. Rezervasiya üçün 012 377 20 00)