Həftəlik tədbirlər gündəliyi

Fransız cazmenin master-klass`ı olacaq

2018/04/12 / 156

Tanınmış fransız caz ifaçısı, musiqiçi Pierre de Tregomain ADO teatrında ustad dərsi keçəcək. Cazmen azərbaycanlı muğam ustası Qoçaq Əskərovla birgə albomunu təqdim etmək üçün Bakıya gəlir. 

ADO Theatre – Collective`də 14 aprel saat 14:00-dan 17:00-a kimi Pierrenin ustad dərsləri olacaq. Əgər siz öz səsinizin üzrəində işləmək, fransız musiqiçidən səs sirlərini öyrənmək istəyirsinizsə ustad dərsinə qatıla bilərsiniz. 

Seminarın proqramı: nəfəs alma, səs yerləşdirmə, vokal üsulları, kollektiv ifalar, solo ifa.

Seminarda iştirak etmək üçün qeyd olunan nömrə ilə əlaqə saxlayıb qeydiyyatdan keçmək lazımdır. Yerlər məhduddur. İlk qeydiyyatdan keçmiş 10 iştirakçı seminara qatıla biləcək.

Qeydiyyat üçün əlaqə: 051 390 96 28

Qiymət: 20 AZN

Ünvan: Mirzəağa Əliyev 245 // ADO Theatre - Collective
Tel: 050 394 48 64 & 070 219 83 33 & 012 594 83 85
E-mail: adotheatre@gmail.com
Rəsmi sayt:
ado.az
Rəsmi səhifələr:
fb.com/adotheatre
instagram.com/adotheatre
Ünvanı tapmaq üçün video-xəritə: https://www.youtube.com/watch?v=o5LdtV49Wuo