İndi demək olar ki, hər kəsin smartfonunda kamera funksiyası var. Lakin bəzi fotoqrafların sayəsində görürük ki, möhtəşəm fotoşəkillər sadəcə anı ölümsüzləşdirmir, bir qədər şanslı olmaq, yaradıcı yanaşmaq və fotoqrafiyada mövcud olan standartlardan kənara çıxmaqla gözəl bir fotoşəkili şah əsərə çevirmək də mümkündür. Əgər bir fotoşəkil ilk növbədə gözəldirsə, siz onun möhtəşəmliyini üzə çıxara bilərsiniz.

Bu məqalədə sizə Avropada yerləşən 10 məkanın təxəyyül və yaradıcılığın harmoniyasında çəkilmiş fotoşəkillərini təqdim edirik.

Şnor



Şnor Almaniyanın Bremen şəhərinin ən qədim küçələrindən biridir və onun yalnız bir hissəsi orta əsr xüsusiyyətlərini özündə qoruyub saxlaya bilib.

Tremozine



Tremozine İtaliyanın Lombardiya regionunun Breşiya vilayətində, Qarda gölünün yaxınlığında yerləşən kommunadır.

Blauzi gölü



Blauzi İsveçrədə yerləşən kiçik bir göldür.

Noyşvanştayn qəsri



Noyşvanştayn qəsri Almaniyada, cənub-qərbi Bavariyanın Hoenşvanqau kəndindən yuxarıdakı bir təpədə yerləşən, 19-cu əsrdə Roma memarlıq üslubunda tikilən və dirçəliş dövrünə aid olan bir saraydır.

Barselonanın katolik kilsəsi



Barselonanın katolik kilsəsi qotik kilsə olmaqla Barselona yepiskopunun fəaliyyət göstərdiyi yerdir. 

Parisdə Eyfel qülləsi



Eyfel qülləsi Parisin mərkəzində yerləşən metal qüllədir. Bu qüllə dünyanın ən məşhur memarlıq abidəsidir.

Niderlandın Amsterdam şəhəri



Amsterdam Niderlandın paytaxtı və Avropada ən romantik və əsrarəngiz şəhərlərdən biridir.

Çexiyanın Praqa şəhəri



Praqa Çexiyanın paytaxtı və ən böyük şəhəridir. Avropanın 14-cü böyük şəhəri olan Praqa, həmçinin Bohemiyanın tarixi paytaxtıdır.

Portofino



İtaliyada yerləşən Portofino mənzərəli limanı və tarixiliyi ilə məşhur olan balıqçılıq kəndi və istirahət yeridir.

Badalona



Badalona İspaniyanın Barselona şəhərinin şimal-qərbində yerləşən bir şəhərcikdir.   

Mənbə: https://brightside.me/creativity-photography/30-times-photographers-made-ordinary-places-look-fascinating-681960/