Avropa Azərbaycanda

“Fərqliyik, bərabərik” adlı inklüziv təhsilin təşviqi aksiyası.

2018/12/03 / 40

“Regional İnkişaf” İctimai Birliyi tərəfindən Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi çərçivəsində 3 dekabr “Beynəlxalq Əlillər Günü”nə həsr olunmuş “Fərqliyik, bərabərik” adlı inklüziv təhsilin təşviqi aksiyası və onlayn müsabiqə həyata keçiriləcəkdir.

Beynəlxalq Əlillər Gününə və inklüziv təhsilə dəstək məqsədi ilə təşkil olunan aksiyamızda iştirak etmək üçün 3 dekabr, saat 10:00-dan 22:00-dək Gənclik Mall ticarət mərkəzinin 3-cü mərtəbəsində yerləşən stendimizə yaxınlaşa bilərsiniz. Aksiyamıza dəstək olmaqla yanaşı, müsabiqədə iştirak edərək hədiyyə qazanma şansı da əldə edəcəksiniz. 

Müsabiqədə iştirak etmək üçün 3 dekabr günü stendimizə yaxınlaşaraq instaqram çərçivəmizlə şəkil çəkdirib, şəklinizi inklüziv təhsilə dəstəyinizi ifadə edən cümlə ilə birlikdə səhifəmizin ismarıc bölməsinə və ya info@ie-rt.az mail ünvanımıza göndərməyiniz xahiş olunur. 

4 dekabr facebook səhifəmizdə paylaşılan bütün şəkillərdən 3 gün ərzində (4 – 6 dekabr) ən çox bəyəni toplayan 3 şəkil qalib hesab olunacaq. Qaliblər “Baku Book Center” – dən hədiyyə kuponu əldə edəcəklər.