1 noyabr Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin təşkilatçılığı ilə  2-ci "FANTAZİA" mədəni irs festivalına start verildi. 
 
Festival Azərbaycan Fransız Universitetində təşkil olunmuş Memarlıq İrsinə dair «Avropa və Azərbaycan təcrübəsi» konfransı ilə başlamışdır. 



Konfrans məruzəçiləri, mədəni irsin qorunmasının şəhərin modernləşdirilməsi ilə necə bir araya gələ biləcəyi, Avropa və Azərbaycan arasında ən yaxşı təcrübələri bölüşmələri ilə bağlı fikir və təkliflərini təqdim etdilər. Konfransda İspaniyadan Xose Migel Vinal, Belçikadan Pit Yaspaert, Azərbaycandan Elçin T. Əliyev və İtaliyadan İlaria di Karlo və Marta Suarez Ponse de Leon çıxış etdilər. 


 
Konfrans çərçivəsində Elçin T. Əliyevin «20-ci və 30-cu illərin konstruktivist memarlığı» kitabının təqdimatı da keçirilmişdir.
 
Məşhur Bakı hamamının mühafizə olunan binasının şərəfinə adlandırılan "FANTAZİA" festivalının məqsədi mədəni irsin nümayişi və qorunması zəruriliyi barədə məlumatlılığın artırılmasıdır. Bu il festival "Şərq Tərəfdaşlığı"nın 10 illik yubileyi ilə üst-üstə düşür.