Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi tərəfindən keçirilən "FANTAZİA" mədəni irs festivalı çərçivəsində, Venesueladan populyar mahnı kollektivi «Teatrela Latin American Repertoire Theater & Aedos» Bakıya gəlib.



6 noyabr Landmark-ın Rotunda -1 səhnəsində «Teatrela Latin American Repertoire Theater & Aedos» kollektivi «Don Perlimplinin bağçasında Belisa ilə sevgisi» adlı pyes ilə çıxış etdi. Venesuela artistləri paytaxtımızın sakinlərini parlaq çıxışları ilə sevindirdilər.  



"Don Perlimplinin bağçasında Belisa ilə sevgisi" - böyük İspan dramaturqu Federiko Qarsia Lorkinın əsəridir. Tamaşa tragikomediya formasında yumor və bədbəxtliyi birləşdirir.



Tədbirdə rəsmi şəxslər, səfirlər, deputatlar, beynəlxalq təşkilatların nümayəndələri, media təmsilçiləri, incəsənət nümayəndələri və digər qonaqlar iştirak ediblər.



Məşhur Bakı hamamının mühafizə olunan binasının şərəfinə adlandırılan "FANTAZİA" festivalının məqsədi mədəni irsin nümayişi və qorunması zəruriliyi barədə məlumatlılığın artırılmasıdır. Bu il festival "Şərq Tərəfdaşlığı"nın 10 illik yubileyi ilə üst-üstə düşür.