Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi tərəfindən keçirilən "FANTAZİA" mədəni irs festivalı çərçivəsində, Gəncədə Məhsəti Gəncəvi Mərkəzində üç fərqli sərgi təqdim olundu.

"Baku – Black City, White City" – Niderland Krallığının Azərbaycandakı səfiri cənab Onno Kervesin fotosərgisi.

Niderland Krallığının Aİ-nin ikinci Fantaziya Festivalında iştirakı onun mədəni irsin qorunmasına verdiyi önəmi vurğulayır. Bu sərgi 20-ci əsrin əvvəllərindən Bakının memarlıq irsinin çoxsaylı tarixi təbəqələrini, İçərişəhərdəki orta əsr qurğularında, möhtəşəm evlərdə və Sovetski məhəlləsinda, şəhərdəki və onun ətrafındakı neft yataqlarında əks olunan eksponatları göstərmək üçün Gəncəyə səfər etmişdir.


Onno Kervers (1955) - peşəkar diplomat və həvəskar fotoqrafdır. O, Avropanın və Latın Amerikasının bir çox ölkələrində xidmət edib və hazırda Niderland Krallığının Azərbaycandakı səfiridir. Onun foto işi küçə fotoqrafiyasına və arxitekturaya yönəldilmişdir.



“Nostalgia, pluralia tantum” – Tanınmış moldovalı jurnalist və rəssam Vasile Botnarunun sərgisi.

Vasile Botnaru Moldovada tanınan bir sənətkardır. O öz qrafik təcrübəsini mürəkkəblə başladı. Sonra rəsmlərində qəhvə və şərabdan istifadə etdi. Onun əsərləri təkcə Moldova və xarici mətbuatda deyil, həm də bir çox Moldova müəlliflərinin poetik toplularında dəfələrlə dərc edilmişdir. Gəncədə keçirilən sərgidə qarışıq texnikada müxtəlif iş seriyaları təqdim olunmuşdur.



“Ballet and City” - Tacikistandan Vladimir Çikinin fotosərgisi.

Bu sərgi ilə Vladimir Çikin klassik baleti ümumi teatr mühitindən tamamilə müstəqil bir məkana köçürür. "Balet və şəhər" layihəsində müəllif klassik incəsənətin müasir meqapolis və müasir həyatın mürəkkəb strukturu ilə qarşılıqlı əlaqəsi haqqında düşünür.