5 Noyabr, Bakıda Landmark Cineclub-da Belçika səfiri Bert Şufs Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi tərəfindən keçirilən "FANTAZİA" mədəni irs festivalı çərçivəsində "Belçika pop musiqisinin 60 illiyi" mövzusunda məruzə ilə çıxış etmişdir. 



İştirakçılar Belçikada pop musiqisinin tarixinə dair kiçik bir səyahət etmək imkanı əldə etmişdilər. Tədbirdə rəsmi şəxslər, səfirlər, deputatlar, beynəlxalq təşkilatların nümayəndələri, media təmsilçiləri, incəsənət nümayəndələri və digər qonaqlar iştirak ediblər. Təqdimat mərasimi rejissor Stiyn Konniksinin "Marina" bioqrafik filminin nümayişi ilə davam etmişdir. 



Məşhur Bakı hamamının mühafizə olunan binasının şərəfinə adlandırılan "FANTAZİA" festivalının məqsədi mədəni irsin nümayişi və qorunması zəruriliyi barədə məlumatlılığın artırılmasıdır. Bu il festival "Şərq Tərəfdaşlığı"nın 10 illik yubileyi ilə üst-üstə düşür.