Hal-hazırda hər bir şəhərdə müxtəlif ölkələrin mətbəxini təklif edən restoranlar və kafelər tapmaq olar. Hesab oluna bilər ki, hansısa ölkəyə məqsədyönlü məhz oranın mətbəxi üçün getməyə artıq ehtiyac yoxdur. Amma bu heç də belə deyil — bəzi restoranlar və kafelər onların xatirinə səyahətə getməyə layiqdirlər.
 
SizinAvropa komandası turistlərin yemək və ya interyer detalları ilə əbədi xatırlayacaqları restoranların siyahısını təqdim edir:
 
  1. El Diablo, Lanzarote, İspaniya




Bu restoranın özəlliyi ondadır ki, o, birbaşa vulkan zirvəsində yerləşir. Lakin, vulkan lava deyil, istilik buraxır. Vulkanın dəliyi daşlarla örtülmüşdür və ət, balıq və tərəvəzlərin qızardıldığı xüsusi ızgaralar quraşdırılmışdır. Təbii istiliyin köməyi ilə yeməklər daha sürətli hazırlanır və prosesi bütün qonaqlar müşahidə edə bilərlər.
 
  1. Rollercoaster Restaurant, dünya şəbəkəsi




 
Rollercoaster restoranları İngiltərə, Almaniya, Avstriya da daxil olmaqla dünyanın bir neçə ölkəsində var. Yeməklər planşetlərin köməyi ilə sifariş edilir və qonaqlara miniatür Amerikan təpəcikləri ilə çatdırılır: hər bir masaya spiral çəkilib, orada qablar yeməklərlə endirilir.
 
  1. De Kas, Amsterdam, Hollandiya






Restoran köhnə istixanada yerləşir və 1926-cı ildə inşa edilmişdir. Burada gələcək yeməklər üçün tərəvəz, meyvə və göyərti yetişdirirlər. Bu restoranda sabit menyu yoxdur: sizə yalnız artıq yetişmiş inqrediyentlərin siyahısı təklif olunacaq.
 
  1. Säräpirtti Kippurasarvi, Lemi, Finlandiya

 
Bu restoranda "Särä" (quzu əti və kartof) təqdim olunan yeganə yeməkdir. Məkana gəlmək üçün isə əvvəlcədən rezervasiya etmək lazımdır, çünki bu restoran, hər gün işləmir. Sirr ondan ibarətdir ki, min ildən çox tarixi olan "Särä" yeməyi taxta qabda 8-9 saat hazırlanır. Buna görə də restoran əvvəlcədən razılaşdırılmış vaxtda işləyir.
 
  1. l’Entrecote, Bordo, Fransa




 
Restoran 1959-cu ildə açılıb və bu günə qədər qonaqlarını yalnız bir yeməklə — sousun altında antrekotla sevindirir, hansının ki, resepti sirr olaraq saxlanılır və inqrediyentlər yalnız müəssisənin sahibinin ailəsinə məlumdur.

Hazırladı: Xatirə Vəliyeva