26 sentyabr Avropa Dilləri Günüdür. Bu gün 2001-ci ildə Avropada keçirilən “Avropa Dilləri İli” tədbiri çərçivəsində ərsəyə gəlib və həmin ildən bəri hər il 26 Sentyabr Avropa Dilləri Günü kimi qeyd olunur. Günün əsas məqsədi bir şəxsin həyatı boyu təhsilində, eləcə də digər sahələrdə müxtəlif dillərin öyrənilməsini və inkişaf etdirilməsini təşviq etməkdir. Avropa dilləri anlayışı Avropa Birliyi üzv dövlətlərinin rəsmi dillərinin bütünlüklərindən daha geniş mənada başa düşülür.

 

Bununla əlaqədar SizinAvropa-nın qonağı olan Aİ-nın Azərbaycandakı nümayəndəliyinin rəhbərinin 1-ci müşaviri, Denis Daniilidis bəzi suallarımızı cavablandırdı.

 Denis, bu gün haqqında nə danışa bilərsiniz?

  • Bu günün qeyd olunması Avropa Şurası tərəfindən təklif olunmuşdur və daha sonra Avropa İttifaqı tərəfindən dəstəklənmişdir. Aİ hər zaman müxtəlifliyi dəstəkləyir, ələxsus dil müxtəlifliyini. Məsəl üçün hal hazırda, Avropa Parlamentində tərcüməçilərin sayı Parlament üzvlərinin sayından çoxdur. Bu da ona dəlalət edir ki, Aİ ərazisində yaşayan hər millətə dəyər verir və Aİ-nin ərazisində yaşayan hər millət Aİ-nin idarəçiliyndə iştirak edir.  Bu Demokratiyanın əsasıdır!

 

 Çoxlu sayda dilin mövcudluğu Avropanın inkişafına necə təsir göstərir? Və bu dillər Aİ xalqlarının birləşməsinə yardım edirlər mi?

  • Bu çox gözəl sualdır. Aİ-nin 500 milyondan çox əhalisi var və 250-dən çox avtoxton dil var. 20-ci əsrin ikinci yarısından etibarən, kütləvi iqtisadi və siyasi miqrasiya nəticəsində dünyanın bir çox xalqlarının dillərinin demək olar ki, bütün Avropa ölkələrində, xüsusilə də onların paytaxtlarında səslənməyə başlayaraq Avropanın linqvistik görünüşünü əhəmiyyətli dərəcədə zənginləşdirilmişdir. Müasir zamanda bir çox Aİ vətəndaşı iki və daha çox dil bilir. Və bu müsbət bir haldır.

 

Aİ dilləri qorumaq üçün nə edir?

  • Bizim dillərimiz bizim irsimizdir, tariximizdir. Aİ bütün dilləri qorumaq istəyir. Hər bir dilin öz unikal tarixi var. Sizə bir misal gətirim. Sentyabr ayının əvvəlində 200 yaşı olan Rio De Janeyro muzeyində dəhşətli bir yanğın baş vermişdir. Yanğında eksponatlardan əlavə hal hazırda ölmüş hesab olunan avtoxton dillərin lüğətləri də məhv olmuşdur. Bununla da Braziliya tarixinin bir hissəsi əbədi olaraq itdi.  Aİ-yə vətəndaş cəmiyyətindən, araşdırmacı alimlərdən və təşkilatlardan bu mövzuda çoxlu sayda müraciətlər və təkliflər gəlir. Məsəl üçün: hər hansı bir nadir dilin lüğətini yaratmaq, və ya hər hansı bir bölgədə müxtəlif dildə radio saatlarının ayrılması, eləcədə məktəblərdə dilin tədrisi kimi proqramlar üçün Aİ maliyə ayırır və dəstəkləyir.

 

Hansı faktorlar Aİ-nin linqvistik görünüşünə təsir edir?

  • Faktorlar çoxdur, lakin ən güclü faktor miqrasiyadır. Yunanıstanda bir çox yerdə alban nitqini, Almaniyada türk nitqini və ya İspaniyada rumıniya nitqini eşidirsən. Bunlar miqrasiyanın nəticəsində baş verir. Dil canlı bir orqanizmdir – o dəyişir, zənginləşir və inkişaf edir.  Belçikada 3 rəsmi dil var. Onlardan biri alman dilidir. Belçikada 60 000 almandilli adam yaşadığına görə, onların öz parlamenti, nazirləri var. Bu isə Demokratiyanın əsasıdır.  

 

 

Kənan.