Demokratiya - cəmiyyətin siyasi təşkili forması; xalqın hakimiyyət mənbəyi kimi tanınmasına, dövlət işlərinin həllində iştirak etmək hüququ olmasına və vətəndaşlara geniş hüquq və azadlıqlar verilməsinə əsaslanır. Demokratiya azadlıqlar arasında vətəndaşların nümayəndəli dövlət orqanlarına seçmə və seçilməyi, söz, mətbuat, yığıncaq, mitinq və nümayişlər azadlıqları, vətəndaşların hüquq bərabərliyi, şəxsiyyət və mənzil toxunulmazlığıdır.

 

Demokratiya - insan şəxsiyyətinə hörmətdir

Demokratiyanın əsasını şəxsiyyətin azadlıq hüququ, insanın şəxsiyyətinə hörmət təşkil edir. Ümumdünya insan haqqları Bəyannaməsinin müqəddiməsində oxuyuruq: «... bəşəriyyət dediyimiz bir ailənin bütün üzvlərinin ləyaqətinə, onların bərabər və ayrılmaz hüquqlarına hörmət etmək azadlığın, ədalətin və ümumi sülhün əsasını təşkil edir».

Demokratiyanın tarixi

Demokratiya dərisinin rəngindən, cinsindən, dilindən, dinindən, ictimai vəziyyətindən, mülki vəziyyətindən və silkindən asılı olmayaraq bütün vətəndaşların bərabərliyini nəzərdə tutur. Lakin bərabərlik sözünü geniş mənada başa düşmək lazımdır: bu, həm imkanların bərabərliyidir, həm qanun qarşısında bərabərlikdir, həm də nümayəndəlik bərabərliyidir.

Demokratiya Yunan sözü olub “demos-xalq” , “ kratos – idarə etmək “ deməkdir. Demokratiya anlayışının yaranması haqqında fikirlər muxtəlifdi . Amerikalılar və bəziləri demokratiya anlayaşinin 200 il bunda qabaq Amerikada yaranmasını iddia edirlər. Lakin biz tarixə baxan da görürük ki , bu hec də belə deyil teqribən 2500 il bundan qabaq Yunanıstan da , daha dəqiq desək Afinada seçkilər vəbəzi qanunlar xalqin (25 yaşdan yuxarı kişilərin) bir araya gəlib səs verməsi ilə seçilir və qebul edilirdi . Ancaq buna Demokratiyanın ilkin forması adını da vermək olar . Çünki bildiyimiz kimi , Afinada hamı səs vermək hüququna malik deyildi və bu da bu günkü günümüz də demokratik qaydalara ziddir.  Demokratik qaydalar Afinada çox yaşamadı , Afinanın Isgəndər tərəfindən tutulmasından sonra burada demokratik qaydalar demək olar ki çökdu. Demokratiya anlayışı Avropa və dünya tarixinə təzədən 13 əsirdə girməye başladı. Bu dövrdə Avropanın bir sıra ölkələrində artıq demokratik qaydalar yaranmağa başlamışdı. Buna misal olaraq İngiltərə ve Fransanı misal kimi göstərmək olar. İngiltərə ve Niderlandda artıq parlament yaranmış və xalq öz nümayəndələri vasitəsilə dövlət səviyyəsində özllərini göstərməyə  başlamışdılar. Demək olar ki, Demokratiya anlayışı təxminən 2500 il bundan öncə yaranmış fasilələrlə bu günümüzə qədər gəlib çıxmışdır.