İnsan haqları mövzusunda Cenevrədə keçirilən beynəlxalq film festivalı və forum bütün dünyada insan hüquqları və kinoya həsr olunmuş ən mühüm tədbirlərdən biridir.

   Lakin festivalın 2020-ci ildəki tədbirləri bütün dünyanı cənginə almış koronavirus təhlükəsi ilə üz-üzə gəldikdən sonra, festivalın təşkilatçıları dərhal alternativ təklif hazırladılar.

   Festival təmsilçisi Bruno Cussani bildirir: “Biz festivalı təxirə salmalı olduq, lakin bu bizim missiyamızı təxirə salmağımız mənasına gəlmir. Missiyamız isə bütün dünyada get-gedə daha çox pozulan insan haqları barədə filmlər nümayiş etdirməkdir.”

   Bir çox qonaqlar onlayn şəkildə həyata keçirilən debatlarda iştirak edirlər. Festival, Rut Hopkinsin tədqiqalarından ilhamlanmış “Mənfəət naminə həbsxana” adlı çox təsirli bir film nümayiş etdirib. Film Cənubi Afrika və eləcə də bütün dünyada özəlləşdirilən həbsxanalardan bəhs edir.

    Festivalın bu ilki aktual mövzularından biri də humanitar yardım məsələsidir. Xüsusilə də Suriyada.

“Mağara” filmi nümayiş üçün icazə verilməyən filmlərdən idi, lakin onlayn keçirilən debatlar nəticəsində film internetdə nümayiş olundu.
   



     Festivalın 2020 2.0 buraxılışının mövzuları çox rəngarəndir və müxtəlif mövzuları əhatə edir. Ətraf mühit və iqlim dəyişikliyi mövzuları da diqqət mərkəzindədir.

    Festivalın proqramı və debatlarla yaxından tanış olmaq istəyənlər bu linkdən istifadə edə bilərlər:

https://fifdh.org/en