Avropa Azərbaycanda

“Bugi-Vugi Səfiri” Bakıda emosiyaların partlayışına səbəb olacaq

2018/01/05 / 288

Press Reliz 

27 yanvar Bakı Beynəlxalq Muğam Mərkəzində və 28 yanvar the Landmark otel və biznes mərkəzində günümüzün məhşur İsveçrəli bugi-vugi və blüz ifaçısı Silvan Zinggin təqdimatında Bugi-Vugi konserti keçiriləcəkdir. (www.silvanzingg.com).

Silvan Zingg Bugi-vugi və blüz janrında ifa edən istedadlı pianoçudur. O, Chuck Berry, Ray Charles, Kathie Webster, Sammy Price, Memphis Slim, Champion Jack Dupree, Tito Jackson və bir çox digər məşhurlarla eyni səhnədə çıxış etmişdi. Tənqidçilər onun texnikasından və şən entuziazmından təsirlənərək, onu qeyri-adi pianoçu kimi təsvir edirlər. Onun ən böyük hiti olan “Dancing The Boogie” musiqisi Youtube-da 8.1 milliondan çox izlənilmişdi. Onun bu növ musiqi janrına olan ehtirası, 2002-ci ildə İsveçrədə indinin özündə də çox uğurla keçirilən Luqano Beynalxalq Bugi Vugi Festivalını təsis etməsinə səbəb oldu.

İsveçrənin Azərbaycandakı Səfirliyi, Beynalxalq Muğam Mərkəzi və The Landmark-ın birgə əməkdaşlığı ilə Cənab Zinggin möhtəşəm və yaradıcı performasını təqdim etməkdən qürur hissi duyur. Konsertin programı çox şəndir və Bakıda Yeni il üçün çox gözəl başlanğıcdır. Zingg-in canlı və pozitiv enerjisi tamaşaçıları heyran edəcək.

Bu qeyri adi konsertdə iştirak etmək şansını əldən qaçırmayın!

Şənbə günü Beynəlxalq Muğam Mərkəzində təşkil olunacaq konsert üçün biletləri Bakının bütün kassalarından və "iTicket.az" saytından asanlıqla əldə edə bilərsiniz.

Bazar günü Landmark-dakı konsertə giriş dəvətnamə ilə olacaq.

Hörmətlə,

Mətbuat xidməti