Avropada Təhsil

Beynəlxalq Tələbələr üçün Avropanın 9 Ən Yaxşı Təqaüdü

2019/07/12 / 225

Hər il Avropanın Kollecləri və Universitetləri tərəfindən beynəlxalq tələbələr üçün milyonlarla avro dəyərində təqaüdlər təklif olunur. Avropa İttifaqı Avropa Hökumətinin Dövlətləri ilə birgə beynəlxalq tələbələri Avropaya cəlb etmək üçün həmçinin hökumət tərəfindən maliyyələşən Aİ təqaüdləri təklif edir. Avropalı tələbələr kimi xarici tələbələr Avropada təhsil haqqından azad yüzlərlə Universitetlərə müraciət etmək hüquqları vardır.

Xarici Tələbələr üçün Avropa Hökuməti Təqaüdləri

1. Britaniya Çivninq (Chevening) Təqaüdləri (Birləşmiş Krallıq)

Birləşmiş Krallığı hökumətinin qlobal təqaüd proqramı olan Çivninq Təqaüdləri bütün dünyada Çivninqə münasib ölkələrdən fərqlənən şəxslərə verilir. Təqaüdlər adətən bir illik magistr dərəcəsi üçün verilir. Əksər Çivninq Təqaüdləri təhsil haqlarını, müəyyən olunmuş miqdarda yaşayış yeri üçün müavinət (bir fərd üçün), Birləşmiş Krallığa qayıdış üçün ekonom klass təyyarə biletini və əsas xərcləri əhatə etmək üçün əlavə qrantları ehtiva edir.

2. İnkişaf Etməkdə Olan Ölkələr ilə Əlaqəli DAAD Təqaüdləri (Almaniya)

Almaniya Akademik Mübadilə Xidməti (DAAD) Almaniya Universitetlərində inkişaf etməkdə olan ölkələr ilə xüsusi əlaqəli olan bir çox ixtisasartırma kursları üçün təqaüdlər təmin edir. Təqaüdlər xüsusilə Afrika, Asiya, Okeaniya, Mərkəzi və Cənubi Amerika, və Mərkəzi və Şərqi Avropada inkişaf etməkdə olan ölkələrdən olan beynəlxalq tələbələr və gənc peşəkarlar üçün yönəldilmişdir. DAAD təqaüdləri müxtəlif tam və ya qismən qarşılanan təqaüdləri ilə seçilmiş proqramları dəstəkləyir.

3. Hollandiya Təqaüdləri

Hollandiya Təqaüdü öz bakalavr və ya magistr dərəcəsini Hollandiyada mövcud universitetlərdə almaq istəyən Avropa İqtisadi Zonasından (AİZ) kənar beynəlxalq tələbələr üçün nəzərdə tutulur. Təqaüd 5000 Avro təşkil edir ki, siz bunu təhsilinizin birinci ilində əldə edəcəksiniz.

4. İsveç İnstitutu Tədqiqat Təqaüdləri (İsveç)

İsveç İnstitutu İsveç Universitetlərində təhsil almaq istəyən inkişaf etməkdə olan ölkələrin yüksək ixtisaslı beynəlxalq tələbələri üçün İsveçdə təqaüdlər təmin edir. Təqaüdlər İsveçdə təhsil üçün nəzərdə tutulur və əsasən magistr səviyyəsinə yönəlir. Təqaüd təhsil haqqını, yaşayış xərclərini, bəzi səyahət xərcləri üçün müavinətini və sığortanı əhatə edir.

5. VLIR-UOS Təqaüd Ödənişləri (Belçika)

 

VLIR-UOS Belçikada Universitetlərdə inkişaf ilə əlaqədar İngilis Dili Təlimi və ya Magistr Proqramı almaq məqsədilə Asiya, Afrika və Latın Amerikasında 54 inkişaf etməkdə olan ölkədən tələbələrə verilir. Təqaüdlər təhsil haqqı, yaşayış yeri ilə təminat, müavinət, səyahət xərcləri və proqram ilə əlaqəli digər xərcləri əhatə edir.

6. Eyfel Üstünlük (Eiffel Excellence) Təqaüd Proqramı (Fransa)

 

Eyfel təqaüd proqramı Fransanın ali təhsil müəssisələrinə magistr və Fəlsəfə Doktoru (PhD) dərəcəsi proqramları üçün ən yaxşı xarici tələbələri cəlb etməyə şərait yaratmaq məqsədilə bir vasitə kimi Xarici İşlər Nazirliyi tərəfindən hazırlanılmışdır. Eyfel təqaüdçüləri aylıq müavinət və gediş-gəliş səyahət xərcləri, sağlamlıq sığortası və mədəni fəaliyyətlər üçün digər xərclər əldə edirlər. Təhsil haqını əhatə etmir.

7. Xarici Tələbələr üçün İsveçrə Hökuməti Üstünlük Təqaüdləri (İsveçrə)

 

İsveçrə Hökuməti Üstünlük Təqaüdləri İsveçrədə hökumət tərəfindən maliyyələşən universitet və ya tanınmış institutların birində hər hansı akademik sahədə doktorluq və ya doktorluq sonrası tədqiqat aparmaq imkanı ilə təxminən 180 ölkədən məzunları təmin edir. Təqaüd aylıq müavinət, təhsil haqqı, sağlamlıq sığortası, yaşayış üçün müavinət və s. əhatə edir.

8. Aİ/AİZ-dan kənar Tələbələr üçün Danimarka Hökumət Təqaüdləri (Danimarka)

Bir sıra təqaüdlər mövcud Danimarka Universitetlərində tam dərəcəli yüksək təhsil proqramı almaq istəyən Aİ/AİZ-dan kənar yüksək ixtisaslı və motivasiyalı beynəlxalq tələbələri maliyyələşdirmək üçün Danimarka Təhsil Nazirliyi tərəfindən hər il təklif edilir. Təqaüd sizin yaşayış xərclərinizi əhatə etməklə tam və ya qismən qarşılanan təhsil haqqı ödənişləri və/və ya qrantları kimi verilə bilər.

9. Xarici Tələbələr üçün İtaliya Hökuməti Bursları (İtaliya)

İtaliya Hökuməti həm xarici vətəndaşlar və xaricdə yaşayan italyan vətəndaşlar üçün İtaliyada təhsil almaq üçün təqaüdlər verir. Təqaüdlər universitet dərəcəsi kursları, qabaqcıl peşə təlimi, incəsənət və musiqi kursları, magistr dərəcəsi kursları, Fəlsəfə Doktoru kursları, və s. əhatə edir. Yalnız üç, səkkiz və ya doqquz aylıq təqaüdlərə müraciət etmək mümkündür.



Mənbə:

http://www.scholars4dev.com/8647/europe-scholarships-international-students/