Avropa Azərbaycanda

Beynəlxalq “FANTAZİA” Mədəni İrs Festivalı çərçivəsində QEYB Müasir video və fotoqrafiya qrup sərgisi

2018/11/05 / 98

QEYB
Müasir video və fotoqrafiya qrup sərgisi

Sərgi layihəsinin ideya müəllifi
Sabina Şixlinskaya (Azərbaycan)


Çinarə Məcidova (Azərbaycan)
Mayk Reynburn (ABŞ)
Onno Kervers (Niderland Krallığı)
Zeyqəm Əzizov (Böyük Britaniya)

"Qeyb" sərgi layihəsində iştirak edən müxtəlif ölkə və mədəniyyətləri təmsil edən, müxtəlif bədii yaradıcılığa malik və müasir vizual sənətin müxtəlif istiqamətlərində işləyən sənətkarları dünya mədəni irsinin qorunması və saxlanılması mövzusu birləşdirir ki, bu da onların sərgi çərçivəsində təqdim olunan əsərlərində nümayiş olunur.
Sərginin keçirilməsi üçün 1835-ci ildə tikilmiş, tarixi və memarlıq dəyəri olan İbrahim Əbilov adına Mədəniyyət Mərkəzinin binası təsadüfən seçilməmişdir. Bakının köhnə hissəsində, müasir binaların tikilib, köhnələrin söküldüyü ərazi olan Sovetskayada yerləşən İ.Əbilov mərkəzi kimi binalar tarixi keçmişin qorunması və saxlanılmasının vacibliyini sübut edən canlı bir nümunə kimi xidmət edir.
Sabina Şixlinskaya (Azərbaycan), özünün "Onun çiyinləri üstündə səma" adlı videosunda vizual simvol dilindən istifadə edərək, tarixi bir binanın söküntüyə məruz qalması ilə bağlı real hadisələrə əsaslanan qısa mifoloji süjeti təqdim edir.
Çinarə Məcidova (Azərbaycan) "Dalan" videosuyla "Sovetskaya” ərazisi və onun sakinlərinin buradakı həyatının son günlərindən bəhs edən görüntülər nümayiş edir və kamerası ilə Bakının bu tarixi hissəsinin dağıdılıb toz olması prosesini izləyərək sənədləşdirir.
Mayk Reynbornun (ABŞ) video installyasiyası keçmişdə “Sovetskaya” bölgəsinin gündəlik həyatına dair əşya, film və fotoşəkillərin sənədləşdirilməsinə və interaktiv ərazilərin yaradılmasında istifadəsinə əsaslanır.
Onno Kervers (Hollandiya) "Bakı- Qara şəhər, Ağ şəhər" fotoseriyasında Bakının memarlıq irsinin çox yönlü olduğunu göstərir. Bu sərgi üçün qara və ağ şəkillərin seçilməsi müəllif üçün həm estetik, həm də konseptual cəhətdən vacib məqam təşkil edir.
Zeyqəm Əzizov (Böyük Britaniya) 2010-cu ildə çəkdiyi "Neft ssenarisi" adlı film əsərini təqdim etməklə, məşhur fotoqraf Reza Deqatinin çəkdiyi bir fotoşəkilə şərh olaraq zaman və qeyb anlayışlarını araşdırır.

Giriş sərbəstdir.
Daha ətraflı məlumat üçün aşağıdakı linkə daxil olun
https://sizinavropa.az/fantazia