18-27 yanvar tarixlərində bütün dünyadan insanlar qida, kənd təsərrüfatı və bağçılıq sahəsində ən böyük sərgi ilə olan “Yaşıl həftə” ilə əlaqədar bir araya gəlirlər! 

Yanvarın 19-da Berlində kənd təsərrüfatı, bağçılıq və ərzaq sahələrində dünyanın ən nüfuzlu beynəlxalq sərgilərindən olan “Beynəlxalq Yaşıl Həftə” işə başlayıb.

Ənənəvi olaraq hər il keçirilən sərgidə Azərbaycan ayrıca stendlə təmsil olunur. Azərbaycan həmin sərgidə özünü aqrar ölkə kimi İqtisadiyyat nazirliyi və AZPROMO səviyyəsində təqdim edəcək.Sərgi çərçivəsində Alman və Azərbaycan iş adamlarının iştirakı ilə ölkəmizin biznes və investisiya imkanlarına dair təqdimat keçiriləcəkdir.


Qeyd edək ki, Avropanın ən iri sərgisi hesab olunan "Beynəlxalq Yaşıl Həftə" 1926-cı ildən etibarən keçirilir. Hər il dünyanın 70 ölkəsindən 1500-dən çox müəssisənin və 5000-ə qədər media nümayəndəsinin iştirak etdiyi sərgi yarım milyondan artıq insan tərəfindən ziyarət olunur.

"Beynəlxalq Yaşıl Həftə - 2019" sərgisi sahibkarların yeni tərəfdaşlıq əlaqələrinin yaradılması və əməkdaşlığın genişləndirilməsində xüsusilə əhəmiyyətlidir.

Sərginin vaxtları: 18-27 yanvar 2019-cu il , 10:00- 18:00

Cümə günü 25 yanvar 2019-cu il 10:00- 20:00

Tədbir haqqında ətraflı məlumat əldə etmək üçün aşağıdakı ünvanlara müraciət etmək olar:

Əlaqələndirici şəxslər: Monika Bader, Klaudia Witt

Telefon: +49-30-30382026

+49-30-30382027

Elektron ünvan: igw@messe-berlin.de

İnternet səhifəsi: www.greenweek.de