Avropa Mədəniyyəti

Berlin Beynəlxalq Film Festivalı 2019

2019/02/04 / 86

Berlin Beynəlxalq Film Festivalı (Internationale Filmfestspiele Berlin‎, Berlinale) — Almaniyada hər il Berlində keçirilən film festivalıdır. 1951-ci ildə Qərbi Berlində təşkil edilən festival, 1978-ci ildən bu yana hər il fevral ayında keçirilir.

Hər il təxminən 300.000 bilet satılan festivalda  təqribi olaraq 500.000 insan iştirak edir.  Festival zamanı kinematik janrlarda olan 400-ə qədər film nümayiş olunur. Festivalın ən yaxşı mükafatları, "Qızıl Ayı" və bir neçə Gümüş Ayılar adlı iyirmi film çəkilib. 

1951-ci ildə start verən Berlin Beynəlxalq Film Festivalına 1976-ci ilədək  alman rejissoru Dr. Alfred Bauyer başçılıq edib. 2001-ci ildən festivalın direktoru Dieter Kosslikdir.

 

 

Berlinalenin əsas mükafatları

«Qızıl Ayı» 

 

 

Ən Yaxşı Film -  (1951-ci ildən )

Ən Yaxşı Qısa Film (1956-cı ildən)

Yaşam nailiyyətləri (1982-ci ildən )

"Gümüş Ayı"

 

Jüri Grand Prixu - əsas müsabiqə proqramı çərçivəsində (1965-ci ildən)

Ən yaxşı rejissor  - (1956-cı ildən)

Ən yaxşı aktrisa (1956-cı ildən)

Ən yaxşı aktyor (1956-cı ildən)

Ən yaxşı qısa film  (1956-cı ildən)

Kino sahəsində görkəmli nailiyyətlər üçün  (1978-ci ildən bəri)

Alfred Bauyer mükafatı - "Kinoda yeni yolların aşkar edilməsi" üçün (1987-ci ildən)

Ən yaxşı musiqi üçün  -  (2002-ci ildən)

Ən yaxşı yazı üçün  - (2008-ci ildən)

Müstəqil münsiflər heyətinin mükafatları

 

Ekumenik Jüri mükafatı

FIPRESCI mükafatı

Shooting Stars Award - gənc Avropa aktyorlarına təqdim olunur

"Teddy" - LGBT-mövzulu filmlər layiq görülür

 

Bu il festival 07-17 fevral tarixləri arasında baş tutacaq. Sayca 69-cu olan Berlinale 2019-da hər il olduğu kimi ictimai və siyasi mövzulara toxunulub. Festival haqqında ətraflı məlumatı buradan tapa bilərsiniz:

https://www.berlinale.de/en/HomePage.html