1919-cu il 25 aprel tarixində Almaniyanın  Veymar şəhərində yeni inşaat və memarlıq ali məktəbi yaradılır – Bauhaus. Bauhaus hərfi olaraq alman dilindən “inşaat evi” olaraq tərcümə olunur. Məktəbin ilk rəhbəri və yaradıcısı Valter Qropius, Bauhaus məktəbinin ilkin prinsipini belə ifadə edir: “Biz birlikdə gələcəyin binasını yaratmaq istəyirik. Bu binada hər bir şey – memarlıq, heykəltaraşlıq və inəsənət vəhdət təşkil etsin. Elə bir bina ki, məbədlər kimi göylərə ucalaraq, yeni bir inancın simvoluna çevrilsin.”
 
  Bauhausda əmin idilər ki, müxtəlif bər-bəzəkli fasad örtükləri və dekorasiya əlamətləri mühəndislərin işlərini gizlədir. Beləliklə, onlar klassik memarlıq və inşaat sisteminin bütün dekorativ elementlərindən imtina etdilər. Bauhausun nümayəndələri inanırdılar ki, inşaat və tikintidə sadəliyə doğru dəyişdirdikləri bu islahatlar, cəmiyyətin düşüncəsində də reformayaya gətirib çıxaracaq. Məhz buradan bütün sosial təbəqlər üçün eyni üslub və tərzdə inşa edilən yaşayış binalarının tikintisi ideyası yarandı.

  Məktəb 1933-cü ilə qədər fəaliyyət göstərdi. Nasional sosialistlərin hakimiyyətə gəlməsi ilə məktəb bağlandı, lakin Bauhausun keçmiş müəllimləri və davamçıları hələ uzun illər bu cərəyanı işlərində tətbiq etdilər.

  Qeyd edək ki, Bauhaus cərəyanı sadəcə memarlığı əhatə etmirdi. Tipoqrafiya, mebel dizaynı, tekstil, geyim sahələrinə də təsir edən Bauhausu daha bariz göstərmək üçün 5 nümunə təqdim edirik:

Bauhausun binası. Dessau, Almaniya. (1925)


Sonnoveldin evi. Rotterdam, Hollandiya. (1932-1933)



Birobicanın əsas planı. (1933)



“Ağ şəhər”. Tel-avivç İzrail (1931-1937)



Farnsuortun evi. İllinoys, ABŞ (1945-1951)