23 yanvar Burns Ball Həftəsonu çərçivəsində Bakıda, Şotlandiyadan «Rock and Reel» qrupunun qonaqlığı ilə, əyləncəli Şotland milli-rəqs axşamı keçirildi. 

Tədbir Britaniya səfirliyi, British Council və British Business Group tərəfindən The Landmark otelində təşkil olundu.

Axşamın ən maraqlı hissəsi ondan ivarət idi ki, hər bir iştirakçı Şotlandiya rəqslərində özünü sınamaq və bu unikal rəqsi öyrənmək imkanını əldə etdi.
Britaniya artistləri paytaxtımızın sakinlərini parlaq çıxışları ilə sevindirdilər.     

Hazırladı: Xatirə Vəliyeva